Medianews.az
Bakıda avtobus piyadanı vurub
42 baxış

Bakıda avtobus piyadanı vurub

Bakının Suraxanı rayonunda 51 yaşlı kişini avtobus vurub. apa  xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Yusifov Şaiq Xəlil oğlu yolun əks tərəfinə keçmək istəyərkən onu 36 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub. Yaralı ağır bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bizə qoşulun