Fransa Liqasında çıxış edən “Nant” komandasında sanksiya qərarı müzakirələrə səbəb olub. Baş məşqçi Antuan Kombouare futbolçu Jaouen Hadjamdan Reims ilə oynadıqları matç günü oruc tutmamasını istəyib. Tələbdən imtina edən Hadjam heyətdən çıxarılıb.
Medianews.az xəbər verir ki, Fransa Liqa 1 komandalarından olan Nantda baş məşqçi Antuan Kombuare çox mübahisəli qərar verib.
Əlcəzairli futbolçu Jaouen Hadjam Ramazan ayında iftar verməkdən imtina etdiyi üçün baş məşqçi Kombouare “Reyms”lə mübarizədə komandadan qovulub.
Kombouare karyerası boyunca bir qayda qoyduğunu ifadə edərək, “Komandamda matç günü oruc tutan oyunçu meydançaya çıxa bilməz”- dedi.
Fransız çalışdırıcı onu da bildirib ki, Nantın heyətində olan digər müsəlman futbolçular “Reyms”ə qarşı oruc
Azarkeşlər matçın heyətinin açıqlandığı paylaşımın altına şərh yazaraq Antonie Kombouare-i tənqid ediblər.
“Beşiktaş”ın seneqallı sabiq futbolçusu Demba Ba da fransız çalışdırıcının qərarına münasibət bildirib.
O, Twitter hesabında yazıb: “Məni heyrətə gətirir ki, bəzi insanlar hələ də Ramazan orucunun davranış olduğunu düşünürlər”.
Medianews.az