Medianews.az
“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
23 baxış

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var. Medianews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər: “Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”. O, qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Bizə qoşulun