Bazar ertəsi, 5 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı – Oqtay Əliyevin ən böyük arzusu nə idi? (FOTO)

Mehin
23/03/2023 22:24
420
BAXIŞ
FacebookTwitterTelegram

Medianews.az ötən gün dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev haqqında maraqlı faktları təqdim edir.

Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. 1975-1985-ci illərdə İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə oxuyub.

İrəvandan Azərbaycana deportasiya olunduqdan sonra Oqtay ailəsi ilə birgə Bakıya köçür. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və Dram Rejissoru fakültəsində təhsil alır.

Oqtay Əliyev 90-cı illərdə başlanan milli hərəkatın iştirakçılarından olub. Müsahibələrinin birində bu haqda deyir:

“O vaxtı Azərbaycan bayrağını fəxrlə əlimdə gəzdirirdim. İllərlə ən böyük arzum Azərbaycan bayrağı olan döş nişanını sinəmdə gəzdirmək idi. Amma təəssüf ki, tapa bilmirdim. İndi mənim qızlarım bayrağımızı eyvandan, avtomobildən asırlar. Sevindirici haldır”.

Oqtay Əliyev erməni dilini çox mükəmməl bilib. Bu baxımdan erməni mətbuatını və mediasını yaxından izləyib, orada baş verən hadisələrdən xəbərdar olub.

Özünü həmişə qaçqın kimi hesab edən Oqtay bəy müsahibələrinin birində bu haqda deyir:

“Mən həmişə qaçqınam. Öz torpağıma qayıtmayana qədər, özümü qaçqın kimi hiss edəcəyəm. İrəvan mənim babalarımın şəhəridir. Mən indi də ora getsəm, gözüyumulu evimizi taparam, hər yeri tanıyaram. Ora gedə bilməmək məni yandırır. Bizim ev şəhərin mərkəzindəydi. İndi Rusiya kanallarında İrəvanın mərkəzini göstərəndə, öz evimizi görürəm. Görürəm, pis oluram ki, evimizə gedə bilmirəm. Ağrı dağın fonunda son dəfə şəhərin şəklini çəkmişdim. O şəkildə bizim evimiz də var. Həmin fotonu evimdə saxlayıram, telefonumda da gəzdirirəm. Bir dəfə bir erməni ilə yazışırdıq. Mənə dedi ki, siz İrəvan, Zəngəzur deməklə o torpaqlar sizin olmur. Onda mən ona dedim ki, bax, mən irəvanlıyam, İrəvan xanının nəslindənəm. Sən mənə İrəvanda bir dənə qədim erməni abidəsi göstər və yaxud da tarixi bir məkan göstər, mən deyim ki, sən orda yaşayıbsan. Mən çox istəyirəm ki, İrəvana yenidən qayıdaq. Hər bir irəvanlı üçün bu həyati məsələdir”.

Oqtay Əliyev 1993-cü ildə Azərbaycan televiziyasında “Virtuoz” adlı layihənin prodüseri olub.

1990-cı ildə “Ər və arvad”, “Molla Nəsirəddin və Əzrayıl”, “Gəlin, açıq danışaq, lap açıq”, “Əkizlərin nağılı” pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub, ssenarilərini yazıb. “Korifey”, “Həftə çal-çağırı”, “İşdən sonra”, “Yeni ulduz” layihələrinin müəllifi və baş prodüseri olub.

O, 23 yaşında aktrisa Dilarə Əliyeva ilə ailə həyatı qurub. Dilarə Əliyeva Oqtayla tanış olmazdan əvvəl onu yuxuda görür. Belə ki, qruplarında oxuyan bir qızın nişan konfetini balışının altına qoyub yatan Dilarə gecə yuxuda Oqtayı görür. Səhər durub bacısına deyir ki, yuxuda kök, saqqallı bir oğlan görmüşəm. Bir neçə aydan sonra isə Oqtay Dilarəni yaxın dostlarının məsləhəti ilə filmə çəkmək istəyir. Oqtayla ilk dəfə rastlaşan Dilarə ona deyir ki, mən səni yuxumda görmüşəm. Bir il sonra isə onlar ailə qururlar. Cütlüyün Aytən və Banu adlı qızları dünyaya gəlir.

Oqtay Əliyev 1998-ci il oktyabr ayının 5-də “SOY” production şirkətinin təsisçisi və prezidenti olub. “Ən yaxşı ssenariyə görə” I Audiovizual festival, Bakı- 2001, “Ən yaxşı animasiya işinə görə” III Beynəlxalq Audiovizual festival Bakı – 2003 mükafatlarını qazanıb.

Müsahibələrinin birində Dilarə Əliyeva həyat yoldaşı haqqında deyir:

“Nə qədər güclü görünsəm də, özünə əmin görünsəm də, mən həyatımı Oqtay olmadan, Oqtaysız təsəvvür edə bilmirəm. Mənim gücümün arxasında Oqtay dayanıb. Onun varlığı mənə meydan verib. Oqtay mənim cekpotumdur”.

Oqtay Əliyevin adı müəyyən dövrlərdə Kərim Abbasovla qalmaqalda hallanıb. O, hətta Kərim Abbasovu məhkəməyə verərək ondan 200 min manat təzminat da tələb edib.

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 22 mart 2023-cü ildə idarə etdiyi avtomobildə qəza keçirərək 54 yaşında həyatını itirib.

 

kulis.az

DAHA ÇOX OXU

Ölkə

Bakıda daha bir beynəlxalq yarışa start verildi

03/06/2023 20:56
Ölkə

Türkdilli ölkələrin jurnalistləri Türkiyəyə səfər edib – FOTO + VİDEO

03/06/2023 18:23
1-MANŞET

SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi

03/06/2023 17:59
1-MANŞET

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib

03/06/2023 17:00
1-MANŞET

Ermənilər 12 yaşlı azərbaycanlı uşağa dəhşətli işgəncə veriblər

03/06/2023 16:40
Ölkə

Əhaliyə SEVİNDİRİCİ XƏBƏR – Bu il orta aylıq əmək haqqı 1000 manat olacaq

03/06/2023 16:01
SON XƏBƏR

Gənc qızların çəkdiyi video onlara baha başa gəldi - VİDEO

Məşhur bloqer xarici agent elan olundu

Şamaxıda gecə saatlarında dəhşət- Ölən var

Xəbər lenti

Zabit Səmədov prezidentin nəvələri ilə bir arada – FOTO

05/06/2023 06:38

Məşhəddə güclü yanğın: Şəhəri tüstü bürüdü

05/06/2023 06:16

Armen Qriqoryan: “Azərbaycan və Ermənistan 2023-cü ilin sonuna kimi sülh sazişi imzalaya bilər”

05/06/2023 06:01

Polşada yüzminlərlə insan etiraza qalxdı – VİDEO

05/06/2023 05:45

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

05/06/2023 00:35

İnfluenserlərin gözü qarşısında atəş açıldı – Şikayətçidilər!

04/06/2023 20:10

Ukraynada Rusiya hərbçilərinin zorladığı uşaqların SAYI: Ən kiçiyinin 4 yaşı var

04/06/2023 19:57

Aysun qalmaqaldan sonra ilk dəfə efirə çıxdı – Hər şeyi gizlətmək olmur…

04/06/2023 19:46

Azərbaycanda unun qiyməti bu tarixdən bahalaşacaq

04/06/2023 19:25

“Bir məşhur cərrah sinə əməliyyatı edib, əlini vurursan daş kimi, bir ay sonra…”

04/06/2023 18:58

Oğlu faciəvi şəkildə ölən Mahir Əzimov həbsdən buraxıldı

04/06/2023 17:49

MADRID, SPAIN - MARCH 09: Karim Benzema of Real Madrid celebrates after scoring their team's second goal during the UEFA Champions League Round Of Sixteen Leg Two match between Real Madrid and Paris Saint-Germain at Estadio Santiago Bernabeu on March 09, 2022 in Madrid, Spain. (Photo by Gonzalo Arroyo Moreno/Getty Images)

“Real”dan ayrılan Benzema bu klubla razılığa gəldi

04/06/2023 17:39

İkinci əl avtomobil ehtiyyat hissələri ucuzlaşa bilər – VİDEO

04/06/2023 16:36

Hava ilə bağlı XƏBƏRDARLIQ: Yağış, şimşək, dolu…

04/06/2023 15:44

“Ümidimi üzmürəm” – Vüsalə Əlizadə

04/06/2023 15:37

Maaşlarla bağlı SEVİNDİRİCİ XƏBƏR – Nazir müavini AÇIQLADI – VİDEO

04/06/2023 15:14

Ordumuzun mövqeləri atəşə tutulub

04/06/2023 15:09

Bakıda 5-ci mərtəbədən özünü atmaq istəyən qadın belə XİLAS EDİLDİ – VİDEO

04/06/2023 15:03

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana gəlir

04/06/2023 14:00

“GECİKMƏYİN SƏBƏBİ BAĞIŞLANMAZDIR VƏ ONUN HAQQINI YEYƏNLƏR UTANMALIDIR”

04/06/2023 13:46

Nazir müavinindən maaşlarla bağlı ŞAD XƏBƏR: “1000 manat…” – VİDEO

04/06/2023 13:28

İlanın qarnından görün nə çıxdı  —  ŞOK

04/06/2023 13:15

Qurban əti haqqında bilməli olduğunuz faktlar

04/06/2023 13:00

Əlimizin içindəki xətlər nə vaxt öləcəyimizi göstərir? — Sizi şoka salacaq sirr

04/06/2023 12:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.