İzmirin Konak rayonunda iş yerində şüşənin sınması nəticəsində yaralanan restoran sahibini aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Medianews.az bildirir ki, hadisə martın 19-da Konak rayonu, Mithatpaşa küçəsində yerləşən iş yerində baş verib. Əldə edilən məlumata görə, 50 yaşlı restorançı Müzəffər Uslu iş yerindəki şüşə qapıya çırpılıb. Zərbənin təsiriylə şüşə Uslunun üzərinə düşüb.
Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə həkim briqadaları göndərilib.
Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra yaralı təcili yardımla Dokuz Eylül Universiteti Xəstəxanasına aparılıb. Burada edilən bütün cəhdlərə baxmayaraq, Uslunu xilas etmək mümkün olmayıb və həyatını itirib. Ailəli və iki övladı olan Müzəffər Uslu bu gün göz yaşları içində torpağa tapşırılıb.