Antalyanın Elmalı rayonunda keçisini xilas etmək istəyərkən su quyusuna düşən 32 yaşlı çoban Sazet Karacan həyatını itirib.
Medianews.az bildirir ki, Sazet Karacanın (32) Ahatlı rayonunda quyuya düşdüyünü görən yaxınları 112 Təcili Zəng Mərkəzinə məlumat verib. Qruplar Karacanın öldüyünü müəyyən edib.
Cəsədi quyudan çıxarılan çoban keçilərindən birinin təxminən 15 metr dərinliyində olan quyuya düşdüyünü görüb heyvanı xilas edərkən müvazinətini itirərək quyuya düşərək öldüyü öyrənilib.