“Son bir ayda bildirilən həftəlik ölümlərin sayının üç il ərzində “pandemiya” sözünü ilk dəfə istifadə etdiyimiz vaxtdan daha az olduğunu görmək çox sevindiricidir. Əminəm ki, böyük əhəmiyyət kəsb edən bir ictimai səhiyyə fövqəladə halı olaraq bunun sona çatdığını söyləyə bilərik.”
Medianews.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus pandemiya haqqında danışarkən qeyd edib.
Hal-hazırda Kovid-19-un cəmiyyət üçün fövqəladə hal olmadığını söyləmək nöqtəsində olmadıqlarını ifadə edən Ghebreyesus, keçən həftə Kovid-19 səbəbiylə 5 mindən çox ölümün bildirildiyini və bu halın müalicəsi olan, qarşısı alınabilən bir xəstəlik üçün çox olduğunu izah vurğulayıb.
Aytac Şahin
Medianews.az