Mağaza işlədən qadının rus agenti olduğu üzə çıxdı.
Medianews.az xəbər verir ki, Yunanıstan Dövlət Agentliyi ERT-nin xəbərində Afinanın Panqrati rayonunda toxuculuq və əl işi materiallarının satıldığı mağazanın sahibi qadın casusun “Maria Tsalla” adından istifadə etdiyi açıqlanıb.
Yunanıstan Kəşfiyyat Təşkilatının (EYP) xarici bir ölkənin kəşfiyyat təşkilatı adından işlədiyini təsbit etdiyi rus əsilli qadının əsl adının “İrina AS” olduğu qeyd edilib.
Qadın casusun həm toxuculuq, həm də əl işi materialları satan mağazası olduğu və özünü fotoqraf kimi təqdim etdiyi, 1991-ci ildə ölən körpənin isə şəxsiyyət məlumatları ilə Yunanıstanda yaşadığı bildirilib .
Paytaxtda saxta yunan kimliyi ilə yaşayan qadının “qanunsuz” kimi tanınan xüsusi casuslar kateqoriyasında olduğu və bu kateqoriyadan olan casusların kimlikləri ilə müxtəlif ölkələrdəki kəşfiyyat bölmələri adına çalışdıqları qeyd edilib.
Ehtimal olunur ki, rusiyalı qadın casus yanvar ayında Rusiyanın çağırışı ilə “qeyri-qanuni” qruplaşmanın digər üzvləri tutularaq bu ölkəyə getdikdən sonra Yunanıstanı tərk edib.
Medianews.az