Medianews.az
Dünyanın ən varlı adamı  bu sosial platformanı   ələ saldı
35 baxış

Dünyanın ən varlı adamı bu sosial platformanı ələ saldı

Dünyanın ən varlı insanı  və Twitter-in CEO-su olan  Elon Musk Mark Zuckerberg-in Meta-nın Twitter-ə bənzər sosial media tətbiqini işə salmağı planlaşdırdığı xəbərinə səssiz qala bilməyib.

 Medianews.az xəbər verir ki, Mark Zuckerberg-in Meta-nın Twitterə bənzər bir tətbiqə hazırlaşdığı xəbəri gündəmə bomba kimi düşüb.

Böyük pul verib Twitter-i alan şirkətin baş direktoru İlon Muskın bu addıma necə cavab verəcəyi maraqla qarşılanıb.

İlon Musk susqunluğunu pozaraq Metanı ələ salıb və təqlidçi mənasını verən “Copy cat” ifadəsini işlədib.

 Qeyd edək ki, Metanın tətbiqinin nə vaxt yayımlanacağı ilə bağlı məlumat yoxdur.

 Xatırladaq ki, Elon Musk Twitter-i satın aldıqdan sonra bazarda digər oxşar proqramlar meydana çıxıb. "Mastodon", "Post.news" və "T2" bunlardan bəziləridir.

Twitter-i Muska satan Jack Dorsey, Twitter-ə bənzər 'BlueSky' adlı yeni tətbiqini də açıqlayıb.

 Medianews.az

Bizə qoşulun