Medianews.az
Laçın-Xankəndi yolundakı aksiyanın 79-cu günü - <span style=color:red>“Bu bir mesajdır ki..”
47 baxış

Laçın-Xankəndi yolundakı aksiyanın 79-cu günü - “Bu bir mesajdır ki..”

Ötən il dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq 79-cu günü tamam olur.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

İstəyimizə nail olmaq üçün bütün sahələrdə savaşmalıyıq deyən şair Emin Piri  Medianews.az-a davam edən aksiya haqqında öz fikirlərini bildirib:

“Mübarizə, savaş deyə­ndə bunu təkcə cəbhə, hərbi əməliyyatlar kimi dərk etməli deyil­ik. Necə ki, Vətən Müharibəsi həm də bu xalqın könül işi idi. Necə ki, həm də kö­nüllülərin işi oldu, həm də bu torpaqlar­ın azadlığı həm də könüllü döyüşçülərin hesabına mümkün oldu. Zatən “könül işi” olmayan heç bir işin sonda uğurlu nəticə­si olmasına inanmıra­m.

Savaş qeyd etdiyim kimi təkcə cəbhədə de­yil, bütün sahələrdə olmalıdır ki, tam hədəfə vurub istəyimi­zə nail olaq. İstər incəsənət, istər kin­o, istər ədəbiyyat istərsə bu cür ekoaks­iyalar.

Bu aksiyanı da bir növ ayrı bir cəbhə ad­landırardım ki, orda­kı könüllülər də müh­aribədə olduğu kimi bizim istəklərimizi buxovdan azad edəcək, azadlığa qovuşdura­caq. Hesab edirəm ki, bu cür gündəm olmu­ş, özündən səs yarat­mış, dünya mediasına qədər uzanan aksiya­nın yarımçıqlığı bizə uğurdan çox əks tə­sir effekti, günahka­rlıq obrazını yapışd­ıra bilər.

Bu aksiyaların davam­lı olması daha uğurlu olar. Düşünürəm ki, bu cəbhədə də uğur əldə edəcəyik”

O, həmçinin, əlavə edib ki, burada qərar verməli tərəf ermənilərdir:

“Həmçinin bu da bir mesajdır ki, Vətən mü­haribəsindən öncə Az­ərbaycan dövləti səbr etdi, gözlədi. Xal­qın səbri bitəndən, bütün danışıqlar son həddə çatdıqdan, bə­zənsə dinc aksiya, etirazlardan sonra sa­vaş başladı və öz to­rpaqlarımızı azad et­dik. Bu da eynilə onu göstərir ki, biz yenə səbrlə dinc aksi­ya ilə istəklərimizi , haqq səsimizi çat­dırırıq. Yenə də bu haqq səsi eşidilməsə, qulaqardına vurulsa dinc aksiyaların son həddindən sonra hər hansı hərbi əməli­yyatlar mümkündür. Azərbaycan dövləti həm humanist mesajını ötürür, həm də bu hu­manizmin qulaqardına vurulası halında gə­ləcəkdə həyata keçir­əcəyi yeni antiterror mesajını verir. İn­di burada qərar verm­əli olan erməni xalq­ıdır. Təbii ki, başb­ilənləri öz xislətin­dən əl çəkməli olsa nə yaxşı. Çəkməzlərsə də Azərbaycanın dö­vlət kimi edəcəyi mə­lumdur və bu onun ən doğal haqqı olacaq. Orada aksiyada işti­rak edənləri də yeni cəbhənin döyüşçüləri adlandırardım ki, vətən uğrunda döyüşdə hərənin öz missiya­sı var”.

Aytac Şahin Medianews.az

Bizə qoşulun