Türkiyədə psixoloji problemləri olduğunu iddia edilən 22 yaşlı İbrahim Yıldırım getdiyi mağazada rəflərə baxdıqdan sonra iş sahibinə bıçağı ilə hücum edib.
Medianews.az xəbər verir ki, həmin anlar kameraya düşüb, təcavüzkar nəzarətə alındıqdan sonra həbs edilib.
Hücuma məruz qalan iş yeri sahibinin vəziyyətinin kritik olduğu öyrənilib.
Qeyd edək ki, sözügedən hadisə Türkiyənin Balıkesir vilayətində baş verib.
Fevralın 23-də saat 18:00 radələrində baş verən hadisədə, psixoloji problemləri olan İbrahim Yıldırım 69 yaşlı Mustafa Tüzün adlı mağaz sahibinin yanına gəlib. Bir müddət mağazada rəflərə baxan Yıldırım daha sonra bıçağını Mustafa Tüzününün gicgahına sancaraq qaçıb.
Hazırda Tüzünün vəziyyətinin ağır olduğu öyrənilib.
Medianews.az