Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Gəmi qəzasında can itkisi artır – SİYAHI

Nəzrin
27/02/2023 21:55
183
BAXIŞ
FacebookTwitterTelegram

İtaliya sahillərində qayıq qəzasında həyatını itirən nizamsız miqrantların sayı 62-yə yüksəlib. Həyatını itirənlər arasında 14 uşağın olduğu bildirilib.

Medianews.az bildirir ki, İtaliyanın Kalabriya bölgəsindəki Krotone sahil şəhəri Steccato di Cutro sahillərində baş verən qayıq qəzasında can itkisi getdikcə artır.

Səlahiyyətlilər həyatını itirən qeyri-qanuni miqrantların sayının 62-yə yüksəldiyini, həyatını itirənlər arasında isə 14 uşağın olduğunu açıqlayıb. Axtarış və xilasetmə işləri davam edərkən, səlahiyyətlilər gəmidə 180-200 qeyri-qanuni miqrantın olduğunu təxmin edir.

Dəfn mərasimindən əvvəl Krotone qəsəbəsindəki idman salonuna onlarla tabut qoyulub, yerli sakinlər isə qayıq qəzasında həyatını itirənlərin xatirəsini gül dəstələri düzərək, şam yandıraraq yad ediblər. Müsəlmanlar həyatını itirənlərə dualar oxuyublar.
Pakistanın baş naziri Şahbaz Şərif qeyri-qanuni miqrantlar arasında iyirmidən çox pakistanlının olduğunu vurğuladıqlarını bildirib. Xilasedicilər bildiriblər ki, miqrantların əksəriyyəti Əfqanıstan, Pakistan, Somali və İran vətəndaşlarıdır.

Daxili işlər naziri Matteo Piantedosi hökumətin insan itkisinə görə məsuliyyət daşıdığını inkar edib və bunun əvəzinə dənizdə insan qaçaqmalçıları və ailələri günahlandırıb: “Çarəsizlik heç vaxt uşaqların həyatına təhlükə yaradan şəraitdə səyahət etməyə haqq qazandıra bilməz. Qayıq faciəsindən sonra qeyri-qanuni miqrantlara kömək edən yardım təşkilatlarına qarşı sərt tədbirlər görən İtaliyanın sağçı hökuməti tənqid hədəfi olub. Sərhədsiz Həkimlər Təşkilatının (MSF) İtaliyadakı proqramlar direktoru Marko Bertotto, “Bu faciələr İtaliya və Avropanın sərhədləri qoruyan və Avropaya təhlükəsiz və nizamlı keçidin qarşısını alan siyasətlərinin nəticəsidir”.

Kalabriya sahillərində nizamsız miqrantların olduğu taxta qayıq sahildən bir neçə metr aralıda qayalara çırpılaraq batıb. Bildirilib ki, qayıq təxminən dörd gün əvvəl İtaliyaya yola düşüb və ötən şənbə günü Avropa İttifaqının (Aİ) sərhəd agentliyi Frontex tərəfindən aşkarlanıb. Frontex bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən qayığa çatmaq mümkün olmayıb.

Sağ qalan 80 nəfərdən biri dünən miqrant qaçaqmalçılığı ittihamı ilə həbs olunub, İtaliya gömrük polisi isə daha 2 nəfərin qaçaqmalçıya kömək etməkdə şübhəli bilindiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İtkin Miqrantlar Layihəsinə görə, 2014-cü ildən bəri Mərkəzi Aralıq dənizində 20 mindən çox, bu il isə 220-dən çox ölüm və itkin düşmə halı qeydə alınıb.

 

DAHA ÇOX OXU

Dünya

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16
Dünya

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00
Dünya

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11
export

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39
export

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33
export

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27
SON XƏBƏR

Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentin TƏFƏRRÜATI - VİDEO

"Təcili yardım biləndə ki, lift işləmir gəlmədi" - VİDEO

Yoldaşım vəzifəsindən istifadə edib uşaqları əlimdən alıb - Məmur xanımından şok sözlər

Xəbər lenti

Gözlənilən BAŞ TUTDU: “Dərviş band” və Niyaməddin Musayevlə birgə duet oxudu – VİDEO

30/03/2023 08:43

Neymar kazinoda iki saata bir milyon avrodan çox pul uduzdu

30/03/2023 07:02

Ebru Şallı boşanır

30/03/2023 06:46

Moskvada məktəbli qız oğlanlarla əlbir olub anasını öldürtdü

30/03/2023 06:16

Türkiyədə elektrik enerijisi 15 faiz, təbii qaz qiymətləri isə 20 faiz ucuzlaşdırıldı

30/03/2023 06:00

Şimali Kipr Prezidentinə hücum cəhdi olub – VİDEO

30/03/2023 05:11

Küçənin ortasında gənc qadını bu hala saldı – ANBAAN VİDEO

29/03/2023 22:39

Fransız polisinin nümayişçiləri dəyənəklə döyməsi gündəm oldu – YENİ GÖRÜNTÜLƏR

29/03/2023 22:33

Zəlzələdə böyük zərər görən məscidin minarəsi belə söküldü – VİDEO

29/03/2023 22:27

Avtomobilinə mindirdiyi qızların gizlincə görüntüsünü çəkib şantaj edir – SKANDAL

29/03/2023 22:23

7 yaşlı qızı döydü, daha sonra ayağı ilə … – ŞOK GÖRÜNTÜLƏR

29/03/2023 22:17

İranlı ayətullah: “Qadınlar hicaba riayət etməyə bilərlər” – VİDEO

29/03/2023 21:18

Əməkdar artistin “Range Rover”i soyuldu: Xanımının çantası, 920 manat pul…

29/03/2023 18:41

Fuad Nəsirov müdir TƏYİN OLUNDU

29/03/2023 18:05

Gənc yaşda xərçəng hallarının artmasının ƏSAS SƏBƏBİ – Bir dilimi belə zərərli olan QİDALAR!

29/03/2023 17:33

Kamal Dəniz: “Gələcək nəsil bunu bizə bağışlamayacaq”-VİDEO

29/03/2023 17:29

Azərbaycanda direktora şiddətli töhmət verildi, müavin işdən çıxarıldı

29/03/2023 17:27

Nəfəs məsuliyyətə cəlb olunacaq?

29/03/2023 17:25

İlham Əliyev Fazil Mustafa ilə bağlı GÖSTƏRİŞ verdi – SON DƏQİQƏ

29/03/2023 17:05

Silsilə cinayətlər törədən iş adamı həbs edildi

29/03/2023 17:01

11 mərtəbəli bina BOŞALDILDI – HƏYƏCANLI ANLAR(FOTO)

29/03/2023 16:48

Nazilə Nigarın müdafiəsinə qalxdı, Rövşanəni “yıxıb sürüdü” – Qalmaqal – VİDEO

29/03/2023 16:37

Prezident SƏRƏNCAM İMZALADI

29/03/2023 16:22

500 il əvvəl başı kəsilən xədimin nəslinə 7,5 milyon dollar miras qalıb

29/03/2023 16:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.