Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Pakistanlı nazir: “Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”

XƏYALƏ
23/02/2023 12:41
79
BAXIŞ
FacebookTwitterTelegram

Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan SZABİST Universiteti ilə birgə Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunan “Xocalı Soyqırımı: Bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət” adlı seminar və fotosərgi təşkil edib.

Səfirlikdən verilən məlumata görə, tədbirdən öncə Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən fotosərgiyə baxış keçirilib.

Pakistanın Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmudun ali qonaq qismində təşrif buyurduğu tədbirdə, SZABİST Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, Səfirlik əməkdaşları, eləcə də Pakistanın müxtəlif beyin mərkəzlərinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək 20-ci əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının 31-ci ildönümünün anıldığını vurğulayıb və Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.

Tarix boyu Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə dinc sakinin qətlə yetirildiyini və öz doğma yurdlarından didərgin düşdüyünü ifadə edən səfir Xocalı soyqırımı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.

X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.

Səfir 44 günlük Vətən müharibəsindən danışaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb.

X.Fərhadov Pakistan Milli Assambleyası və Senatı tərəfindən Xocalı soyqırımını qınayan müxtəlif qətnamələrin qəbul olunduğunu vurğulayaraq bu ölkənin Hökumətinin və Parlamentinin istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib və dəstəyə görə Pakistan Hökumətinə və Parlamentinə öz təşəkkürünü çatdırıb.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistanın Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının sadəcə Azərbaycana qarşı deyil bəşəriyyətə qarşı törədilən bir cinayət olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə görə Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını bildirən nazir, Azərbaycanı bütün sahələrdə daima dəstəklədiklərini və Ermənistanı təcavüzkar siyasətinə görə qınadıqlarını diqqətə çatdırıb. Məhəmməd Talha Mahmud Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdiyini vurğulayaraq həmin dövrdə Pakistanın Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini bildirib və bundan sonra da qardaş Azərbaycanın yanında olacaqlarını qeyd edib. Nazir çıxışının sonunda Xocalı qurbanlarını ehtiramla yad etdiyini və Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirib.

Seminarda çıxış edən SZABİST Universitetinin İslamabad kampusunun rəhbəri Xuşro Pərviz Xan və həmin universitetin sosial elmlər və diplomatik araşdırmalar fakültəsinin direktoru Tariq Vahid Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayıblar. Onlar 613 günahsız insanın qəddarcasına qətlə yetirildiyini təəssüflə qeyd edib və beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar. Onlar Azərbaycanla həmrəylik nümayiş etdirərək Xocalı qurbanlarını ehtiramla yad ediblər.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı kitablar və informativ bukletlər, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini və Azərbaycan-Pakistan münasibətlərinə dair müxtəlif materiallar universitet kitabxanasına hədiyyə olunub.

DAHA ÇOX OXU

1-MANŞET

Prezident Qarabağla bağlı ilk dəfə bu faktı AÇIQLADI

22/03/2023 10:44
1-MANŞET

Paytaxtda NOVRUZ HƏYƏCANI – FOTOLAR

22/03/2023 10:39
1-MANŞET

Elektron siqaretlər haqqında VACİB XƏBƏRDARLIQ

22/03/2023 10:16
1-MANŞET

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07
1-MANŞET

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42
1-MANŞET

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22
SON XƏBƏR

Bu rayona yeni polis rəisi təyin edildi

Vado Korovin "Space"-in bədii rəhbərini işdən çıxardı

Zəlzələdə yararsız hala düşən avtomobillərini satırlar - Qiymətlər

Xəbər lenti

Prezident Qarabağla bağlı ilk dəfə bu faktı AÇIQLADI

22/03/2023 10:44

Paytaxtda NOVRUZ HƏYƏCANI – FOTOLAR

22/03/2023 10:39

Elektron siqaretlər haqqında VACİB XƏBƏRDARLIQ

22/03/2023 10:16

İnsan ölümdən sonra BUNU EDİR – ŞOKEDİCİ MƏQAM

22/03/2023 10:07

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Şizofreniya xəstəliyinin ƏLAMƏTLƏRİ

21/03/2023 21:44

Küçədə yaşlı kişinin sinəsindən bıçaqlayıb QAÇDI

21/03/2023 21:21

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.