Medianews.az
Yaxınları Ramiz Novruzla vidalaşmaq üçün evinə gəlirlər - Fotolar
38 baxış

Yaxınları Ramiz Novruzla vidalaşmaq üçün evinə gəlirlər - Fotolar

Ötən gün gecə saatlarında vəfat edən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi keçirilir. “Qafqazinfo”-ya istinadən xəbər veririk ki, mərhumun Yasamal rayonunda yerləşən evində keçirilən mərasimdə ailə üzvləri, sənət dostları, incəsənət xadimləri və digər şəxslər iştirak edirlər. Qeyd edək ki, R.Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Teatrda xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. R. Novruz xərçəng xəstəliyindən əziyyət çəkirdi. Akademik Milli Dram Teatrının məlumatına görə, mərhum sənətkarın dəfn olunacağı yer dəqiqləşdirilir.  

Bizə qoşulun