Moskvada tüğyan edən “vətəndaş müharibəsi” Ukraynanın işğalının ildönümündə üzə çıxıb.
Medianews.az xəbər verir ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdinin birinci ilinin başa çatmasına artıq 48 saata yaxın vaxt qalıb və cəbhə xəttində kilidlənmiş müharibənin Rusiyanın daxilində əks olunması müasir dövrdə görünməmiş xaosa səbəb olub.
Belə ki, aylardır Rusiya ordusu ilə Vaqner Qrupu arasında qarşıdurma olduğu barədə xəbərlər yayılırdı.
Həbsxanalardan cinayətkarların toplanması görüntüləri ilə gündəmdə olan “Vaqner Qrupu”nun qurucusu Yevgeni Priqojin bu gün verdiyi açıqlamalarda Moskvadakı “vətəndaş müharibəsi”nin daha gizlədilə bilməyəcəyini açıqlayıb. Rusiya ordusundan daha çox gündəmə gələn və bir müddət Ukrayna əsgərləri ilə toqquşan qruplaşmanın lideri Yevgeni Priqojin müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimovu vətənə xəyanətdə ittiham edib.
Aytac Şahin
Medianews.az