Bazar, 26 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Həbsxana yoldaşını azadlıqda cəzalandırdı: “Dedi, sənin bacını…” – Təfərrüat

TURAN
19/02/2023 19:03
2.3k
BAXIŞ
FacebookTwitterTelegram

Bakının Yasamal rayonunda 1964-cü il təvəllüdlü Teymur həbsxana yoldaşı, 1969-cu il təvəllüdlü Elmanı (adlar şərti verilib – red.) 2010-cu ildə qətlə yetirib.

Medianews.az Teleqraf.com-a istinadən bildirir ki, Elmanın qətlə yetirilməsi ilə bağlı həmin il cinayət işi qaldırılsa da, qətlin üstü açılayıb.

Cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 2022-ci ildə cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Bu zaman qətlin üstü açılıb.

İttihama görə, Elman Teymurun bacısı haqqında xoşagəlməz ifadələr işlədib, onun yüngül həyat tərzi keçirdiyini deyib. Bu səbəbdən o, Teymuru öldürmək qərarına gəlib.

İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılıb.

“Türmədə bacım haqqında danışmışdı”

Məhkəmədə ifadə verən Teymur ittiham üzrə özünü təqsirli bilməyib. İstintaqa ifadəsində isə özünü günahkar hesab edib.

Məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini də tədqiq edib. O, həmin ifadəsində bildirib ki, 13 noyabr 2010-cu ildə cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb: “Mənimlə eyni dövrdə, lakin fərqli cəzaçəkmə müəssisəsində olan Elman adlı məhkum içəridə olarkən bacımın yüngül həyat tərzi keçirməsi barədə fikir bildirib.

Bu söhbəti məndən əvvəl azadlığa çıxan qardaşım Əli mənə noyabrın 13-də azadlığa çıxdıqdan sonra anamın yanında danışdı”.

“Yasamalda yeyib içdik”

Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 18-də, səhər tezdən onunla eyni məhəllədə yaşayan və bir-birilərini üzdən tanıdıqları Vaqifin “Qazel” markalı avtomobilində Bakı şəhərinə – avtovağzala gedib: “Bakıda qardaşımla Elmanı tanıyan və yaşadığı ünvanı bilən Səlimin yanına getdik. Səlim Elmanın yaşadığı yeri Vüqarın bildiyini. Ona görə də qardaşım Əli və Üzeyrlə gedib Vüqarla görüşdük.

Birlikdə avtomobillə Yasamal rayonu sudoldurma məntəqəsinin yanına qayıtdıq, daha sonra məntəqə ilə üzbəüz istiqamətdəki yeməkxanada yemək yedik, araq içdik.Yeyib-içdikdən sonra həmin kafenin yaxınlığında yerləşən 5 mərtəbəli yaşayış binasının pilləkən qəfəsində heorin qəbul etdik.

Elmanı yaşadığı evdən küçəyə çağırmaq üçün birlikdə onun yaşadığı məhəlləyə piyada getdik”.

“Dedi ki, demişəm, əcəb eləmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Elmanın yaşadığı evin yaxınlığına çatanda aralıda dayanıb: “Vüqar Elmanı çağırdı, o da küçəyə çıxıb bizim yanımıza gəldi. Məni görəndə sifətinin rəngi dəyişdi. Əli Elmanı mənə göstərdi, bacımızı söyənin bu şəxs – yəni Elman olduğunu dedi.

Elmanla yaxından söhbət edəndə mənimlə birbaşa söyüş cümləsi ilə, yəni “bacınla cinsi əlaqədə olmuşam, yaxşı eləmişəm” dedi.

Biz söhbət edəndə Vüqar və qardaşım bizdən nisbətən aralıda, təxminən 5-6 metr kənarda idilər. Hava qaralmaq üzrə idi. İkilikdə söhbət edərkən Elmandan bacım barədə ədəbsiz fikir bildirib-bildirmədiyini soruşdum. Dedi, demişəm, əcəb eləmişəm, gəl gedək bir az qabağa, sözümü deyirəm, əsaslandıraram da.

Elman bacım barədə dediyi sözləri təkrar üzümə dedikdə bərk əsəbləşdim. Üzbəüz dayanaraq ayaq üstü söhbət etdiyim vəziyyətdə sağ əlimdəki əsa ilə onun başının sağ gicgah nahiyəsindən var gücümlə vurdum. Elman əvvəlcə səngiləyərək bir az arxaya getdi. Yerə əyilərək oturaq vəziyyətini aldı və əlini başına sürtərək baxdıqda əlində qan gördü. Ayağa qalxaraq oradan qaçaraq getdi”.

“Onu vuranda ağlım başımdaydı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Elmana təkrar zərbələr vurmaq üçün kifayət qədər imkanı olsa da, bir zərbə ilə kifayətlənib: “Elmana xəsarət yetirdiyim zaman özümdə olmuşam, yəni affekt halında olmamışam. Kimsə mənə kömək etməyib. Məndən başqa kimsə onu vurmayıb.

Hadisədən sonra qardaşımlıa hara getdiyimizi, hansı şəraitdə Xaçmaz rayonuna qayıtdığımızı dəqiq xatırlamıram. Çünki həmin vaxt həm narkotik vasitədən istifadə etmişəm. Daha sonra yenidən spirtli içki qəbul etmişəm. Məhz bu səbəbdən də yəqin həmin xüsusatları xatırlamamışam”.

“Mənə əsa hədiyyə etdi”

Təqsirləndirilan şəxs qeyd edib ki, Elmana əsa ilə xəsarət yetirməsindən peşman olmayıb: “Əsanın nisbətən əyildiyini Xaçmaz rayonuna qayıtdıqdan sonra bilmişəm. Əsanın əyri formasını ayağımın altına qoyaraq sıxmaqla düzəltməyə çalışdım. Lakin əsanı sındırdım. Qardaşım mənə yeni əsa alaraq hədiyyə etdi. Bundan sonra Elmana xəsarət yetirən zaman istifadə etdiyim əsanı isə tullamışam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası Sevda ifadə verib. O bildirib ki, üç oğlu və bir qız övladı olub: “Mərhum Elman böyük oğlum idi. Teymur əvvəllər Lalə ilə ailəli olub, həmin nikahdan 2 qız övladı var. Lakin narkotik vasitələrdən istifadə etdiyi üçün Lalə ondan ayrıldı, 2004-cü ildə isə rəsmi qaydada boşandı”.

“Sakit həyat tərzi keçirib”

Hüquqi varisin sözlərinə görə, 2007-ci ildə Elman narkotik vasitələrdən istifadə etdiyi üçün Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunub:

“Cəzasını 14 saylı cəza müəssəsində çəkdi, 2008-ci ildə vaxtından əvvəl azadlığa çıxdı. 2008-ci ildə Xəyalə ilə ailə qurdu, qeyri-rəsmi nikahdan Vasif adlı oğlu var. Cəzasını bitirəndən sonra sakit həyat tərzi yaşayırdı, heç kimlə dava-dalaş etmirdi. Avtomobil çilingəri idi, maşınları yaşadığımız evin həyətində təmir edirdi. Bəzən təmir üçün müştərilərin də evnə gedirdi”.

“Evə qorxa-qorxa gəlib gedirdi”

Mərhumun anasının bildidiyinə görə, məlum hadisədən uzun müddət keçməsinə baxmayaraq baş verənləri çox yaxşı xatırlayır: “Təxminən 2010-cu ilin noyabrın 10-12-dən etibarən Elman evə qorxa-qorxa gəlirdi. Ondan nədən qorxduğunu soruşdum, “məni saxlamışdılar” dedi. Amma kim tərəfindən və hansı səbəbdən saxlanılması barədə heç nə demədi.

Hətta ayaqqablarını əvvəllər evin giriş qapısının qarşısında qoyduğu halda, həmin vaxtlar ayaqqabısını evin içərisində çıxarırdı. Evdən çıxmağa ehtiyat edirdi. Onu çağıranlar avtomobil təmiri ilə bağlı deyildilərsə, evdə olmadığını bildirməyi tapşırmışdı”.

“Ad gününə gəlmədiyini bildirdi”

Hüquqi varis qeyd edib ki, noyabrın 18-də gəlini Xəyalənin bacısının övladının ad günü olduğundan səhər saat səhər-səhər Elmanla metronun “İnşaatçılar” stansiyasının yanına gedib, orada uşağa hədiyyə alıb və yaşadıqları evə qayıdıblar:

“Təxminən saat 11 radələrində digər oğlum Sadiqin idarə etdiyi avtomobillə bizi Xəyaləni bacısının yaşadığı Badamdara aparıb evə qayıtdılar. Həmin vaxtlar Sadiq taksi fəaliyyəti ilə məşğul idi. Elman həyətdə avtomobil təmir edirdi. Həyətdə 3 “Jiquli” avtomobili vardı. Oğlum gün ərzində evdən çölə çıxmayıb.

Təxminən saat 18 radələrində Elman baldızının yaşadığı evə gedəcəyini bildirdi və evdən çıxdı. Oğlum Sadiq, arvadı, qızım, nəvəm evdə idi.

Saat 22 radələrində Xəyalə ev telefonuna zəng etdi, Elmanın ad günü məclisinə gəlmədiyini bildirdi. Ağılıma gəldi ki, bəlkə Elman hansısa müştəri avtomobil təmiri üçün aparıb. Onun telefonunun üzərində olub-olmamasını dəqiq bilməmişəm”.

“Məni oğlumun yanına buraxmadılar”

Sevda qeyd edib ki, növbəti gün saat 13 radələrində iki polis əməkdaşı yaşadığı evə gəlib: “Polislər Elmanın Yasamal rayonu ərazisində “Yuvilerni”nin yanında tapıldığını, xəsarət aldığı üçün xəstəxanaya yerləşdirildiyini bildirdilər. Biz xəstəxanaya getdik. Həkim naməlum şəxs tərəfindən Elmanın başına xəsarət yetrildiyini, vəziyyətinin ağır olduğunu bildirdi. Çox xahiş etsəm də, məni oğlumun yanına buraxmadılar”.

Hüquqi varisin sözlərinə görə, noyabrın 25-də yenidən xəstəxanaya gedib və Elmanın yanına reanimasiya otağına girib: “Elmanı öpdüm, qucaqladım. Ona “kim səni bu hala salıb?” sualını verdim.

Adını xatırlamadığım həkim Elmana məni göstərərək “qonşun yanına gəlib” dedi. Elman isə “qonşu deyil, anamdır” dedi. Elmanın protez dişləri ağzında deyildi. Həkim xəstəxanaya gətiriləndə dişlərinin ağzında olmadığını dedi, Elmana çox danışmamağı tapşırdı.

Evə qayıtdım, həmin gün gecə saatlarında həkim ev telefon nömrəsinə zəng etdi, məni xəstəxanaya çağırdı. Uşaqlarımla xəstəxanaya getdim, Elmanın öldüyünü bildirdilər”.

Qatilə niyə cəza təyin edilmədi?

Məhkəmənin hökmü ilə Teymur Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib.

Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə, cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) maddəsində nəzərdə tutulmuş hal müəyyən edilib.

Bu səbəbdən Cinayət Məcəlləsinin 75.1.3-cü (ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə) maddəsinə əsasən Teymur cinayət məsuliyyətindən azad edilib.

Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci (bu məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə cəza təyin etməməklə) maddəsinə əsasən ona cəza təyin edilməyib.

DAHA ÇOX OXU

1-MANŞET

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03
1-MANŞET

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52
1-MANŞET

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47
1-MANŞET

Gündə 2 Mixək Yeyin – Bir Həftədən Sonra.. (VİDEO)

26/03/2023 11:29
1-MANŞET

Dövlətə xəyanət edən məmur ölüm cəzası alacaq – ŞOK QƏRAR

26/03/2023 11:10
1-MANŞET

Razi Nurullayevin müsahibəsi DAYANDIRILDI – “Hansı haqla?”

26/03/2023 10:53
SON XƏBƏR

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min nəfəri ötüb

Türkiyədə dəhşətli zəlzələ zamanı 112 Təcili Zəng Mərkəzi işini davam etdirib – VİDEO

Makronun reytinqi ən aşağı səviyyəyə düşüb

Xəbər lenti

Prezidentlə bağlı qalmaqallı səs yazısı: Azərbaycanlı milyarder susur, qarşı tərəf isə…

26/03/2023 16:57

“Şəbnəm gündəm üçün mənimlə qalmaqal edir”- VİDEO

26/03/2023 16:40

“Qalatasaray” klubu Bakıda izdihamla qarşılanmasını paylaşıb – VİDEO

26/03/2023 16:22

EV, SEVGİ, KARYERA – Apreldə həyatları alt-üst olacaq 3 bürc

26/03/2023 16:04

Ermənistan-Türkiyə matçındakı avtoqol haqda tarixi məqam – FOTO

26/03/2023 15:43

Sevgilisinə xəyanət edən qızı belə “tutdular” – VİDEO

26/03/2023 15:28

“Şou-biznes adamları ciddi olmur, ailə qurmaram”

26/03/2023 15:04

Bakıda evdə yanğın olub – Xəsarət alanlar var

26/03/2023 14:49

Azərbaycanda AĞIR İTKİ ÜZ VERDİ: Məşhur şəxs VƏFAT ETDİ – FOTO

26/03/2023 14:30

Ev almaq istəyənlərə XƏBƏR VAR – 28 mart tarixində saat 10:00-da…

26/03/2023 14:22

Məşhur azərbaycanlı aktrisa QƏZA KEÇİRDİ – Vəziyyəti… – FOTOLAR

26/03/2023 14:02

XƏBƏRDARLIQ: Azərbaycanın bəzi rayonlarında…

26/03/2023 13:51

Bakıda qeyri-adi qəza – VİDEO

26/03/2023 13:33

Novruz tətilindən sonrakı ilk iş günündə hava necə olacaq?

26/03/2023 13:13

Nigahdan kənar yaşadığı qadının evinə gizli kamera qoydu – Görüntləri izləyəndə ŞOK OLDU – Azərbaycanda olay / VİDEO

26/03/2023 13:06

Ağır qəza böyük faciəyə səbəb oldu

26/03/2023 12:37

Məşhur aktrisa xərçəngdən öldü – FOTO

26/03/2023 12:25

Səidə Sultan yenə od püskürdü : “Efirdə şir, pələng, canavardırlar” – VİDEO

26/03/2023 12:15

Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana… – VİDEO

26/03/2023 12:05

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada DAVA

26/03/2023 12:03

Erməni deputatdan ŞOK ETİRAF – ““Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər”

26/03/2023 11:52

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” – FOTO

26/03/2023 11:52

Rus PUA-ları vuruldu – TƏCİLİ

26/03/2023 11:47

Sevgilisinə xəyanət edən qızı sosial şəbəkələrdə … – VİDEO

26/03/2023 11:41

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.