Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomatın “persona non-qrata” elan edilməsinə qərar verdiyini açıqlayıb.
Medianews.az bildirir ki, açıqlamada “Bu, qeyri-dost və əsassız addımdır və ikitərəfli münasibətlərə xələl gətirir” və bu səbəbdən Avstriyanın Moskvadakı səfiri Verner Almhoferin nazirliyə çağırıldığı bildirilib.
Açıqlamaya “Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomat qarşılıqlılıq əsasında persona non-qrata elan edilib. Bu diplomatlar fevralın 23-ün sonuna kimi ölkəni tərk etməlidirlər. Bu barədə səfirə nota verilib” bəyanatı daxil edilib.
Açıqlamada Rusiyanın Avstriyaya gedən rəsmi nümayəndələrinə viza verilməsinin çətinləşdirildiyi və bunun Avstriyanın beynəlxalq danışıqlardakı öhdəliklərinə zidd olduğu və bu vəziyyətin “nəticəsiz qalmayacağı” bildirilib.