Medianews.az
İtaliyanın dövlət borcu rekord həddə çatıb
63 baxış

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İtaliyanın Mərkəzi Bankı ötən il ölkənin dövlət borcunun yeni rekorda imza ataraq 2,76 trilyon avronu keçdiyini bildirib. Borc ÜDM-in 150,3%-nə çatıb ki, bu da 2021-ci illə müqayisədə 84 milyard avro çoxdur. 2020-ci ildə COVID-19 məhdudiyyətləri və nəticələrinə görə dövlət borcu ÜDM-in 155%-ni ötüb. İtaliyalı ekspertlər qeyd edirlər ki, karantin tədbirlərinin ləğvindən sonra iqtisadiyyat böyüməyə başlayıb, lakin 2022-ci ildə enerji qiymətlərinin kəskin artması səbəbindən bu proses dayanıb. Hazırda ölkənin hər bir vətəndaşının payına düşən dövlət borcunun həcmi təxminən 47 min avro təşkil edir.

Bizə qoşulun