Emori Universitetinin alimləri iki ümumi yabanı bitkidə SARS-CoV-2-nin canlı hüceyrələrə yoluxmasına effektiv maneə törədən ekstraktlar aşkar ediblər.
Tədqiqatçılar Quave kitabxanasından bütün dünyada bitki və göbələklərdən alınan minlərlə birləşmənin 1800-dən çox ekstraktını və 18 birləşməsini sürətlə sınaqdan keçirmək üçün bir üsul hazırlayıblar.
Bunun üçün səthində ACE2 reseptorunu həddindən artıq ifadə etmək üçün proqramlaşdırılmış hüceyrələri olan SARS-CoV-2 VLP virusuna bənzər hissəciklərdən istifadə edili. VLP-lər ACE2-yə bağlanır, bundan sonra hüceyrədə yaşıl flüoresan zülal aktivləşir.
Bitki ekstraktı virus hissəcikləri əlavə edilməzdən əvvəl Petri qabındakı hüceyrələrə əlavə edilib. Tədqiqatçılar virusun daxil olmasına qarşı qoruyan bir neçə ekstrakt müəyyən etdilər və daha sonra ən aktiv olanlara diqqət yetirdilər.
Laboratoriya təcrübələrində hündür qızılbaş çiçəklərinin (Solidago altissima) və qartal qıjı rizomlarının (Pteridium aquilinum) ekstraktlarının SARS-CoV-2-nin insan hüceyrələrinə daxil olmasını maneə törətdiyi göstərildi. Hər iki bitki növü Şimali Amerikaya aiddir və yerli amerikalılar tərəfindən ənənəvi dərman kimi tanınır. Lakin aktiv birləşmələr bu bitkilərdə yalnız az miqdarda olur.
Tədqiqatçılar vurğulayırlar ki, tərkibində zəhərli maddələr də olduğu üçün otlarla özünü müalicə etmək təhlükəlidir.(Publika.az)