Medianews.az
İnsanları vahiməyə salan yeraltı səs
16 baxış

İnsanları vahiməyə salan yeraltı səs

Türkiyənin Meydandərə kəndində insanlar yerin altından gələn vahiməli səsə görə narahatlıq yaşayırlar. 

 Rayon sakinləri səsin gündən-günə artdığını iddia ediblər.  İnsanlar yenidən  zəlzələnin olacağını güman edərək qorxudolu günlər yaşayırlar.

 AFAD Siirtin mərkəzi Meydandərə kəndində yeraltı səslərin eşidilməsi iddiası ilə hərəkətə keçib. Rayonda xüsusi qrup yaradılıb.

AFAD tərəfindən bölgədə quraşdırılan akselerometr sistemi ilə kənddəki yeraltı təkanlar 24 saat izləniləcək.

Medianews.az

Bizə qoşulun