11.02.2023, 11:41
19 baxış
Lamiyə
128 saat sonra ikiqat sevinc- VİDEO
Dünyanı dəhşətə gətirən zəlzələdən günlər keçməsinə baxmayaraq, ümidləri artıran xəbərlər gəlməkdə davam edir.
Medianews.az xəbər verir ki, 128 saat sonra Kahramanmaraşdan daha bir şad xəbər gəldi.
Ata və körpə sağ-salamat xilas edilərkən, anaya da çatmaq üçün səyin göstərildiyi bildirildi.
Xilasedicilərin gərgin əməyi nəticəsində 7 mərtəbəli binanın 1-ci mərtəbəsindəki mənzildə yaşayan ata Birol Karatosun və 1 yaşlı oğlu Asəfə çatılıb.
Ata və körpə dağıntılar altından çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.