Medianews.az
Ronaldunun pokeri “Əl Nəsr”i liderliyə yüksəltdi - VİDEO
15 baxış

Ronaldunun pokeri “Əl Nəsr”i liderliyə yüksəltdi - VİDEO

Səudiyyə Ərəbistanı çempionatının növbəti turunda “Əl Nəsr” səfərdə “Əl Vəhda” ilə qarşılaşıb. Qonaq komanda hücumçusu Kriştianu Ronaldunun sayəsində ev sahibi klubu darmadağın edib. Belə ki, kapitan sarğısı ilə meydana start heyətində çıxan 38 yaşlı portuqaliyalı matçda 4 qol (21, 40, 51 penaltidən, 61–ci dəqiqələrdə) vuraraq komandasına 3 xalı qazandırıb – 4:0. Bu qələbə sayəsində “Əl Nəsr” turnir cədvəlində liderliyə yüksəlib. Qeyd edək ki, sonuncu dəfə Ronaldu 2019-cu ildə Litva millisinə qarşı oyunda 4 qol vurub.

Bizə qoşulun