Türkiyədə baş verən dəhşətli zəlzələ yüzlərlə uşağın talehinə kölgə saldı.
Ailə və Sosial Xidmətlər Nazirliyi dağıntılar altından çıxarılan uşaqların vəziyyəti ilə bağlı açıqlama verib.
Ailə və Sosial Xidmətlər Nazirliyindən bildirilib ki, dağıntılar altından çıxarılan 101 uşaq müalicə olunduqdan sonra nazirliyin müvafiq bölmələrinə, 18 uşaq isə şəxsiyyəti təsdiqləndikdən sonra ailələrinə təhvil verilib.
Ailə və Sosial Xidmətlər Nazirliyindən verilən açıqlamada deyilir:
“Dağıntılar altından çıxarılan 162 uşaq var. Onların xəstəxanada müalicəsi davam edir. 101 uşaq müalicə olunduqdan sonra Nazirliyimizin aidiyyəti bölmələrinə təhvil verilərək müəssisə himayəsinə götürülüb. Müraciət edənlərin şəxsiyyəti yoxlanıldıqdan sonra 18 övladımız ailələrinə təhvil verilib”.
Medianews.az