Medianews.az
FHN-in xilasediciləri 3 nəfəri dağıntılardan sağ çıxardı - Fotolar
9 baxış

FHN-in xilasediciləri 3 nəfəri dağıntılardan sağ çıxardı - Fotolar

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir. Medianews.az xəbər verir ki, FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Bizə qoşulun