Çərşənbə, 29 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ustanın başını kəsib, soyuducuya qoydular – Bakıda dəhşətli CİNAYƏT

Aytac
04/02/2023 10:16
217
BAXIŞ
FacebookTwitterTelegram
  • 1998-ci il aprel ayında Bakı şəhəri S.Əsgərova küçəsi, 117 ünvanında yerləşən Bakı Balıq Hisləmə zavodunun 2 saylı sexində qətl hadisəsi olub. Zavodun hazır məhsullar anbarında olan soyuducuda ayaqları qapı tərəfə, başı əks istiqamətdə, qara rəngli polietilen torbada kişi meyiti aşkar edilib. Meyitə baxış zamanı məlum olub ki, qətlə yetirilən şəxs Masallı rayonunda anadan olan 1953-cü il təvəllüdlü  Mübariz Rəsulovdur.

Faktla bağlı həmin il avqust ayında Nəsimi rayon Prokurorluğunda şübhəli şəxs Elnur Abbasov barəsində köhnə Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı hissəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 109-cu (zorlama) maddəsi və hazırda qüvvədə olan 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi açılıb. Ancaq E. Abbasov gizləndiyi üçün onu istintaqa təhvil vermək mümkün olmayıb.

2022-ci il fevralın 25-də Baş Prokurorluğun yaydığı məlumata görə, 2019-cu il fevralın 12-də Şirvan şəhər Polis Şöbəsindən daxil olan məktubdan görünüb ki, Rusiyanın Voloqda vilayəti üzrə İslah koloniyasında Yaşar Yaqubovdan izahat alınıb. İzahatda həmin şəxs başqa adla cəza çəkdiyini göstərib. Əsl ad-soyadı Elnur Abbasovdur. 1979-cu ildə Şirvan şəhərində anadan olub. 1998-ci ildə Bakıda qətl törədib. 2-3 ay Azərbaycanda gizlənib. Şirvanda bərbərxanada olanda 1983-cü il təvəllüdlü Yaqubov Yaşar Yaqubcan oğlunun adına doğum haqqında şəhadətnamə tapıb və sərhədi keçərək, Rusiya ərazisində yaşayıb. Həmin il cinayət işi üzrə icraat təzələnib. Məlum olub ki, 2017-ci ildə Elnur Abbasov Sankt-Peterburq şəhəri, Petroqrad rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə RF CM-nin 162-ci (quldurluq) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.

2022-ci il fevralın 24-də Elnur Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Medianews.az  lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, aprelin 22-də Elnur Abbasov qeyri-rəsmi mühafizəçi işlədiyi Balıq Hisləmə zavodunun 2 saylı sexində usta Mübariz Rəsulova, iş yerinə yüngül həyat tərzi keçirən qadınlar gətirdiyi üçün ona iradını bildirib. Aralarında yaranmış sözlü mübahisə əlbəyaxa davaya keçib. Mübariz Rəsulov masanın üzərindən götürdüyü bıçaqla Elnura yüngül dərəcəli xəsarət yetirdikdə, Elnur Abbasov otaqdan çıxıb, digər otağa qaçıb və ordan kustar üsulla hazırlanmış bıçağı götürüb. Arxasınca gələn Mübariz Rəsulovun qarın nahiyəsinə çoxsaylı zərbələr vuraraq, onu yerə yıxıb. Ardınca, yerdə uzanıqlı vəziyyətdə olan Rəsulovun döş və qarnına zərbələr endirib. Elnur Abbasov əlindəki bıçaq yerə düşəndə, Mübariz Rəsulovun əlindəki bıçağı götürərək, onun başına və üzünə xəsarətlər yetirib. Bu hərəkəti ilə zərərçəkmişi qəsdən, xüsusi amansızlıqla öldürüb. Daha sonra törətdiyi cinayətin izini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək, meyitini torbaya yerləşdirib və sexdəki soyuducuya qoyaraq, gizlədib.

İş üzrə dindirilmiş Elnur Abbasov bildirib ki, 1998-ci ilin fevral ayında tanışı Anar Əliyevin vasitəsi ilə onun dayısı Mübariz Rəsulovun işlədiyi Balıq Hisləmə zavodunda mühafizəçi kimi çalışmağa başlayıb. Onun konkret iş saatı olmayıb, gün ərzində sexdə olub, gecə də orda otaqda qalıb:

“Mübariz Rəsulov yeyib içən, zarafatcıl insan idi. Aprelin 22-i səhər saat 11 radələrində darvazanı açanda Mübarizlə 30-35 yaşlı qadın sexə daxil olaraq, otağa keçdilər. 1 saatdan sonra Mübariz otaqdan çıxanda, ona hər dəfə zavoda bir qızla gəldiyini, ətrafda yaşayış evləri olduğunu və camaatın narazılıq etdiyini dedim. Mənim və sakinlərin ünvanına nalayiq ifadələr işlədəndə, mən də onu söydüm. Rəsulov üzərimə gələndə, cəld sağ əlimlə üzünə yumruqla vurdum. Mübariz otaqdakı bıçaq götürüb yuxarıdan aşağı zərbə vurmaq istəyəndə əlimi qabağa verdim və sol qolumdan xəsarət aldım. Otaqdan çıxıb qaçdım. Əlüzyuyanın yanında, balıq soymaq üçün istifadə olunan bıçağı götürdüm. Arxasınca əlində bıçaqla gələn Mübarizə tərəf çevrildim. Qarınına bir neçə dəfə zərbə vurdum. Onunla yanaşı yıxılaraq, zərbələr vurmaqda davam etdim. Yerdə süpürləşəndə Mübariz əlindəki bıçaqla sağ döş nahiyəmə xəsarət yetirdi. Mübarizin bıçaq olan əlindən tutdum, öz bıçağımla başına və boynuna çoxsaylı zərbələr endirdim”.

Hər ikisinin əlində olan bıçaqlar yerə düşüb. Mübarizin bıçağı Elnura yaxın olduğu üçün götürüb ona axırıncı zərbələri vurub:

“Qanın içində olan Mübarizin artıq öldüyünü gördüm. Sexdən əski parçaları tapıb yaramı sarıdım. Mübarizin meyitini torbaya salıb böyük soyuducuya qoydum və qapını bağladım. Mübarizlə gələn Mətanət adlı qadın uşaqlarının olmasını söyləyərək, onu öldürməməyimi xahiş etdi. Həmin qadını öldürmək fikrim yox idi. Ona heç kimə heç nə deməməsini tapşırdım. Sonra Mətanət sexdən çıxıb getdi. Qan olan yerləri yudum. Paltarımı dəyişdim, qanlı paltarlarımı zibil yeşiyinə atdım. Bıçaqları əlüzyuyanın yanına qoydum”.

Gecə saat 1 radələrində zavodun zəngi çalınıb. Qapını açanda Anar Gözəlovun gəldiyini görüb. Anar arada gecələr gəlib, onunla qalıb:

“Ona Mübarizi öldürməyimi danışaraq, meyitini zavoddan çıxarmaqda köməklik göstərməsini istədim. Amma Anar bundan imtina edərək, qorxusundan çıxıb getdi. Səhər saat 7 radələrində paltarlarımı yığıb, zavoddan çıxanda iş yoldaşım Mövlan Ağayev gəldi. Əli-Bayramlı şəhərinə yollandım. Ailə üzvlərimə adam öldürməyimlə bağlı heç nə demədim. Bir-iki gündən sonra Bakıya qayıtdım. Mübarizin meyiti hələ tapılmamışdı. Müstəntiqə onun itkin düşməsi ilə bağlı izahat verdim. Tanışlarımdan Anar Gözəlovun tutulduğunu eşidəndə qorxub yenidən Əli-Bayramlıya getdim. Həmin ilin iyun ayında orda xatırlamadığım kişi salonunda ad-soyadı Yaşar Yaqubova aid doğum haqqında şəhadətnamə tapdım. Qatarla Moskva şəhərinə getdi, orda Yaşar adlı şəxsin sənədi ilə yaşamağa başladım. Yaşar Yaqubovu heç vaxt görməmişəm”.

Elnur Abbasov əlavə edib ki, aprelin 22-də Mübariz Rəsulovun arvadı iş yerinə zəng edib, yoldaşını soruşub. O da Mübarizin zavoda gəlib-getdiyini deyib. Çünki Rəsulov həmin vaxt başqa otaqda qadınla olub və evdən zəng gəlsə, onun işdə olmadığını söyləməsini tapşırıb. Anar Gözəlov meyiti görməyib. Elnur ona təklif edib ki, benzin alıb cəsədi yandırsınlar. Lakin Anar onunla razılaşmayıb. E. Abbasov törətdiyi əməldən peşimandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Rəsulova ifadəsində göstərib ki, 1990-cı ildə Mübariz Rəsulovla ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib:

“Ərim Bakı Balıq Hisləmə Zavodunda usta işləyirdi. 1998-ci il aprelin 22-də Mübariz saat 16 radələrində işə getdi. Həmin gündən də evə qayıtmadı. 2 dəfə iş yerinə zəng edəndə Elnur adlı mühafizəçi Mübarizin sexdə olmadığını bildirdi. Səhərisi gün zavoda zəng edəndə Mövlan adlı mühafizəçi yoldaşımın işə gəlmədiyini dedi. Aprelin 26-da Mübarizin bıçaq xəsarətləri olan meyiti işlədiyi sexin soyuducusunda aşkar edilib. Onun qətlinə görə tutulan Anar Gözəlov bir müddətdən sonra azad edilib. Mübariz hadisədən 10 gün əvvəl mal almaq üçün evdən 4000 dollar pul götürmüşdü. Evdən çıxan gün üzərində nə gədər pul olmasını dəqiq bilmirəm. Lakin barmağında qızıl üzüyü var idi. Ərimi Elnur Abbasov tək öldürməyib”.

Şahid Mətanət Səfərova ifadələsində göstərib ki, Mübariz Rəsulovla 1998-ci ilin aprel ayında tanış olub:

“Aprelin 22-də axşam şəhərdə görüşüb onun iş yerinə getdik. Otaqların birində onunla intim əlaqədə oldum. Çölə çıxıb yerdə qan ləkələrini görüb bərk qorxdum. Əlində bıçaq olan Elnur adlı mühafizəçi məni öldürəcəyini bildirəndə, uşaqlarımın şəklini göstərib, ona yalvardım. Həmin şəxsin mənə təqdim olunan Elnur Abbasov olmasını əminliklə söyləyə bilmirəm. Hadisədən uzun müddət keçdiyindən məni hədələyən şəxsin əlamətlərini xatırlamıram. Həmin gün Mübariz Rəsulovdan başqa heç kimlə cinsi əlaqədə olmamışam. Elnurun Mübarizi bıçaqla vurmasını görməmişəm”.

Şahid Anar Gözəlov bildirib ki, dostu Anar Əliyevin köməkliyi ilə onun dayısı Mübariz Rəsulovun işlədiyi zavodda fəhlə kimi çalışıb:

“O vaxt Bədən Tərbiyə İdman Akademiyasının 2-ci kursunda oxuyurdum. Saat 2-də dərslərim qurtarandan sonra işə gedirdim. Aprelin 22-də Elnur Abbasov Mübariz Rəsulovu öldürdüyünü deyib meyiti gizlətməkdə ona köməklik etməyimi xahiş etdi. Elnura məni bu işə qatmamasını, ən yaxşısı gedib polisə təslim olmasını bildirdim. Meyiti, həmçinin sexdə Mətanət adlı qadını görməmişəm. Qorxduğumdan çıxıb evə getdim. Bu barədə heç kimə heç nə demədim. 4-5 gündən sonra məni 21-ci bölməyə apardılar və orda ifadə verdim ki, guya Mübariz Rəsulovu mən qətlə yetirmişəm. Lakin istintaqda bu sübuta yetirilmədi. Cinayəti bilib gizlətməyimə görə məsuliyyətə cəlb olundum”.

Şahid Mövlan Ağayev bildirib ki, aprelin 24-də Mübariz Rəsulovun Təyyar və Yusif adlı dayıları işlədiyi zavoda gəlib, Mübarizin yoxa çıxdığını deyiblər:

“Bir müddətdən sonra 21-ci bölmənin əməkdaşları gələrək, əraziyə baxış keçirdilər. Qapı açarla bağlı olduğu üçün soyuducunun içinə baxa bilmədilər. Səhərisi gün Elnur Abbasov da yoxa çıxdı. Ayın 26-da polis əməkdaşları yenə də zavoda gələrək, soyuducunu açmaq lazım olduğunu bildirdilər. Köməkləşib, soyuducunun qıfılını kəsəndə, torbanın içində buzlanmış vəziyyətdə Mübarizin meyiti aşkar olundu”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssiəsində çəkməklə Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Tags: #cinayət #Bakı

DAHA ÇOX OXU

export

Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb

29/03/2023 08:08
export

Ana 15 yaşlı qızını kişi ilə tutdu: “Yataq otağında…” – Təfərrüat

28/03/2023 23:23
1-MANŞET

“Mənə Nəcməddin Sadıkov əmr veribsə, icra etməyə məhkumam” – “Tərtər işi”ndə müttəhim

28/03/2023 21:16
export

Ərini qısqandığı üçün kürəyindən bıçaqlayaraq öldürdü – DƏHŞƏTLİ QƏTL

28/03/2023 20:42
export

Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş…

25/03/2023 13:46
export

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb – FOTO

25/03/2023 13:35
SON XƏBƏR

Dünyanın ən bahalı avtomobili satıldı(FOTO) - 13 milyon dollarlıq..

Bu tarixdən Bakıda hava dəyişir - XƏBƏRDARLIQ

Messi gözlənilməz ADDIM ATDI

Xəbər lenti

“Nə xınayaxdı, nə ər, nə kişi…”- Rövşanədən Nigara SƏRT CAVAB

29/03/2023 14:09

Bahar Lətifqızı da bədən şəkilləndirmə etdirdi

29/03/2023 13:47

Məşhur rəssamlar tablolarında görün hansı qidadan istifadə ediblər

29/03/2023 13:32

“Hansı deputat silahla təmin olunmaq istəyirsə …” – Millət vəkillərinin mühafizəsi ilə bağlı AÇIQLAMA

29/03/2023 13:14

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29/03/2023 12:45

Bürclər üçün bu həftənin ÖZƏLLİKLƏRİ – İkitərəfli münasibətlərdə…

29/03/2023 12:30

İsrailli nazir Ceyhun Bayramovla görüşdə: “İrana qarşı birgə hərəkət etməliyik”

29/03/2023 12:20

Qardaşı Fazil Mustafaya edilən silahlı hücum barədə: “Bu, sifarişli hadisədir”

29/03/2023 12:17

Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR

29/03/2023 11:43

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” – Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

29/03/2023 11:41

Qardaş qardaşa GÖRÜN NƏ ETDİ – FACİƏVİ SONLUQ

29/03/2023 11:28

Fazil Mustafa ilk ona zəng edib: “Evə daxil ola bilərlər, tez gəl…”

29/03/2023 10:50

Terrorçunun ilk ifadəsi ortaya çıxdı: “Türkiyəyə gəldim, məni burada qarşıladılar”

29/03/2023 10:49

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır”

29/03/2023 10:19

“Deputatı vurmaqla ölkədə sabitliyi pozmaq istəyirlər” – Aqil Abbas

29/03/2023 10:02

Dəhşətli proqnoz:”Fövqəl güc yıxılacaq”

29/03/2023 10:01

Ukraynalı müğənnidən ŞOK AÇIQLAMA:”Cəsədləri donuzlar yeyir”

29/03/2023 09:27

DƏHŞƏT! Epidemiya onlarla insanın ölümünə səbəb oldu

29/03/2023 09:08

Dünya şöhrətli şəxsin sevgilisi Azərbaycan xəritəsini qoluna döydürdü – FOTOFAKT

29/03/2023 08:49

Tanınmış müğənninin son halı heyranlarını ŞOKA SALDI

29/03/2023 08:45

Fazil Mustafadan ilk açıqlama – “Maşından tullandım …”

29/03/2023 08:41

Fazil Mustafanın maşını bu hala düşüb – FOTO

29/03/2023 08:31

Fazil Mustafa belə vurulub – Xalası oğlu açıqladı – VİDEO

29/03/2023 08:17

Azərbaycanda 24 yaşlı gənc dayısı oğlunu bıçaqlayıb

29/03/2023 08:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.