Medianews.az
Sahibkarlara subsidiyalarla bağlı <span style=color:red>ŞAD XƏBƏR
34 baxış

Sahibkarlara subsidiyalarla bağlı ŞAD XƏBƏR

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib. Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyə qədər subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilirdi. Yeni fərmana əsasən, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.

Bizə qoşulun