Medianews.az
Azərbaycanda yasda dava düşdü - <span style=color:red>Bıçaqlanan var
56 baxış

Azərbaycanda yasda dava düşdü - Bıçaqlanan var

Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib. Medianews.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun