17.01.2023, 17:48
18 baxış
Lamiyə
Almaniyanın yeni müdafiə naziri açıqlanıb
Aşağı Saksoniyanın daxili işlər naziri Boris Pistoriusu Almaniyada tutduğu vəzifədən istefa verən müdafiə naziri Kristin Lambrext əvəzləyəcəyi bildirilir.
Medianews.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit tərəfindən edilən yazılı açıqlamada, baş nazir Olaf Scholzun 62 yaşlı Boris Pistoriusu müdafiə naziri təyin edəcəyi bildirilib.
Hebestreit, Pistoriusun 19 Yanvar Cümə axşamı günü prezidentdən təyinat şəhadətnaməsi alacağı və Bundestaqda and içəcəyi barədə məlumat paylaşıb.
Baş nazir Şolz da ölkənin Müdafiə Nazirliyi üçün görkəmli siyasətçi qazanmasından məmnunluğunu ifadə edib və qeyd edib ki, Pistorius idarəetmə təcrübəsi, siyasətçi kimi şəxsiyyəti ilə Almaniya ordusunu bu dönüş nöqtəsindən keçmək üçün doğru adamdır.
1960-cı ildə Osnabrückdə anadan olan Pistorius 1978-1980-ci illərdə xarici ticarət sahəsində peşə təhsili aldıqdan sonra hərbi xidmətdə olub. Osnabrück və Münsterdə hüquq təhsili alan Pistorius 2006-2013-cü illərdə Osnabrück şəhərinin meri vəzifəsində çalışıb. Sosial Demokrat Partiyasından (SPD) olan Pistorius 2013-cü ildən Aşağı Saksoniya əyalətinin daxili işlər naziridir.
Müdafiə naziri Lambrecht istefa məktubunu dünən baş nazir Şolza təqdim edib. Lambrecht istefasının səbəbi ilə bağlı bunları deyib: "Aylar ərzində medianın mənə diqqət yetirməsi əsgərlər, silahlı qüvvələr və Almaniya vətəndaşlarının maraqlarına uyğun təhlükəsizlik siyasəti qərarları haqqında obyektiv reportajlar və müzakirələr aparmağa imkan vermir. Dəyərli əməyi orduda əsgərlər və bir çox motivasiyalı insan ön planda olmalıdır. Mən ayrılmaq qərarına gəldim".