Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ələsgər Süleymanov: “Bu növ güzəştlərin tətbiqi jurnalistlərin sosial rifahını yaxşılaşdıracaq”

TURAN
16/01/2023 12:24
147
BAXIŞ
FacebookTwitterTelegram

Qəzetlərə vergi güzəştləri – Niyə məhz 3 illiyə?

Media subyektlərinə 3 il müddətinə vergi tətilinin tətbiqini nəzərdə tutan Qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb. Bu barədə srağagün Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransında agentliyin sədri Əhməd İsmayılov deyib.

O qeyd edib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi tədbirləri çərçivəsində mediaya dəstək layihələri tam yeni qaydalar əsasında həyata keçirilməkdədir: “Milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilib. Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır. Bu müddətdə Azərbaycan milli rəqəmsal media təhlili platforması ”Metrix” istifadəyə verilib. Həmçinin, çap mediasının inkişafı və rəqəmsal transformasiyasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb, aidiyyəti üzrə təqdim edilib”.

Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edildi

Əhməd İsmayılov

Onun sözlərinə görə, KİV-in (audivizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergidən azad edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. Qeyd edib ki, qanun layihəsinə əsasən, KİV gəlir vergisindən, fəaliyyətindən əldə etdikləri mənfəətdən, reklamdan, habelə bununla bağlı yardımdan tutulan vergidən azad olunacaq. Bundan əlavə, onların istehsal etdiyi media məhsulları əlavə dəyər vergisindən azad ediləcək.

Əhməd İsmayılov onu da bildirib ki, qanun layihəsi rəsmi orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılır.

Ağdam kimi Adam: Ələsgər Süleymanov 50 yaşına vardı – VİDEO – Medianews

 Ələsgər Süleymanov 

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirdi ki, MEDİA yarandığı gündən media subyektlərinin rəhbərləri, tanınmış media nümayəndələri ilə bu və bir çox digər önəmli məsələlər müzakirə olunub, təkliflər verilib. Baş direktor xatırlatdı ki, media subyektlərinə vergi tətilinin verilməsi ilk gündən gündəmdə olan məsələlərdən biri olub: “Müzakirə olunan məsələlər arasında gəlir vergisinə güzəşt edilməsi, əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması var idi. Təkliflərdən biri də Media Reyestrində qeydiyyatdan keçən media qurumlarının, eləcə də jurnalistlərin sosial ödənişlərinin bir müddət dövlət hesabına ödənilməsi idi. Media orqanları öz əməkdaşlarına tələbata uyğun-nisbətən yüksək əmək haqqı verə bilmir. Çünki əmək haqqı nə qədər artıq olarsa, müvafiq olaraq sosial ödənişlərin həcmi də artır. Media orqanları indiki maddi durumları ilə bunu ödəmək iqtidarında deyil. 5 yaxud 10 illik tətil tətbiq olunarsa, əməkdaşlar da Azərbaycan reallığına uyğun əmək haqqı ala bilərlər.

Ümumiyyətlə, vergi yaxud digər növ güzəştlərin tətbiqi əmək haqlarının artırılmasına səbəb olacaq ki, nəticədə jurnalistlərin sosial rifahı yaxşılaşacaq. Bu həm də kredit götürərkən daha az çətinlik yaşamağa rəvac verəcək. Eyni zamanda, sosial ipoteka üçün müraciət imkanı yaranacaq. Digər tərəfdən, bu addım gələcəkdə jurnalistlərin pensiya təminatı üçün çox önəmlidir. Minimum əmək haqqından tutulan vəsaitlə hesablanacaq təqaüd o qədər də qənaətbəxş olmayacaq ki, bu da gələcəkdə böyük ziyalı ordusunun yoxsulluq şəraitində yaşamasına səbəb olacaq. Bu baxımdan sosial güzəştlərin tətbiqi bu gün media sahəsində çalışan şəxslərin gələcəkdə normal təqaüd alması üçün zəmin yaradır”.

Baş direktorumuz indiyədək tətbiq olunan güzəştlərdən danışarkən qəzet kağızının ƏDV-dən azad edilməsi və bunun çap mediası üçün yaratdığı imkanlara da diqqət çəkdi: “Məlumdur ki, MEDİA-nın təşəbbüsü ilə Azərbaycanda kütləvi informasiya məhsulları, kitablar və dərslik komponentləri, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı 18 faizlik əlavə dəyər vergisindən (ƏDV) azad edilib ki, bu da qəzet kağızının qiymətinin nisbətən aşağı düşməsinə səbəb olub. Agentliyin bu uğuru çap mediasına maddi baxımdan müəyyən dəstək oldu. Sosial ödənişlərlə bağlı media orqanlarına tətbiq ediləcək tətil Azərbaycan dövlətinin media üçün atacağı ən zəruri addımlardan biri, hətta ən önəmlisi ola bilər”.

Musavat.com

DAHA ÇOX OXU

export

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24
Dünya

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20
Dünya

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08
export

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51
Dünya

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46
export

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37
SON XƏBƏR

İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində- FOTOLAR

Naxçıvanda daha bir qurumda yeyintilər aşkarlandı

Ağdamda dəhşət - Qadın özünü yandırdı

Xəbər lenti

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Prezident ona yüksək vəzifə verdi

30/03/2023 15:22

“Narkomaniyaya birlikdə yox deyək!” maarifləndirici tədbiri keçirilib

30/03/2023 15:16

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

30/03/2023 15:09

Azərbaycanlı müğənninin qayınanası efirə ZƏNG ETDİ: “Ona deməmişəm ki…” – VİDEO

30/03/2023 15:07

İcra hakimiyyətləri ləğv olunacaq – Deputat AÇIQLADI

30/03/2023 15:06

“Mənim üçün “boşanmaq” çox pis sözdür”

30/03/2023 15:04

Nicat Kazımovun “Yaşanan yarım əsr” adlı sənədli filmin təqdimatı keçirilib

30/03/2023 14:58

Rusiyada azərbaycanlılara gəlin satan qadın saxlanıldı

30/03/2023 14:53

Bakıda fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar kimindir? – Hər gün bu saatlarda … (VİDEO)

30/03/2023 14:50

Casusluqda ittiham olunan jurnalist həbs edildi

30/03/2023 14:45

Ekspertin ifadəsində ziddiyyətli hallar ortaya çıxdı – “Nərmin işi”

30/03/2023 14:32

BDU-da işləmək istəyənlərin nəzərinə!

30/03/2023 14:26

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.