Medianews.az
"Yaşa Azərbaycan, Yaşa Türkiyə!"
60 baxış

"Yaşa Azərbaycan, Yaşa Türkiyə!"

Medianews.az Şəmsi İlyasovun şeirini təqdim edir:  

Ən böyük arzuya, amala çatdıq

Həsrətin, möhnətin daşını atdıq.

Qardaş İttifaqı, Birlik yaratdıq.

Yaşa Azərbaycan, Yaşa Türkiyə!

Allah qüvvət versin belə Birliyə!

Biz eyni məsləkin sirdaşlarıyıq

***

Bir yolun yolçusu, yoldaşlarıyıq.

Dar günün dayagı, qardaşlarıyıq.

Yaşasın Türkiyə və Azərbaycan!

Yaşasın Ərdogan, Yaşasın İlham!

***

Yenilməz Ordumuz, əsgərimiz var.

İki Rəisimiz, Rəhbərimiz var.

Atatürkümüz var, Heydərimiz var.

Yaşa Azərbaycan, Yaşa Türkiyə!

Düşmən baxıb yansın bu həmrəyliyə!

***

Bu gün bayram edir, Füzuli, Ağdam.

Yolunu həsrətlə gözləyir, Şuşam.

Xoş gəldin bu yurda, xoş gəldin Paşam.

Yaşasın Ərdogan, Yaşasın İlham!

Hər iki Rəhbərə canımız qurban!

***

Biz vahid millətik, iki dövlətik.

Ayrılmaz hissəyik, dırnaqla ətik.

Düşmənə amansız, dosta comərdik.

Yaşa Azərbaycan,Yaşa Türkiyə!

Yaşayaq həmişə can deyə-deyə!

Bizə qoşulun