Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü müalicələri üçün evini, bağını və qızıllarını satıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aparıcı Tarix Əliyev “Ümid ilə gəl” verilişində məlumat verib: “Müalicəsinə 100 mindən çox pul xərcləyib. Heç kimə ağız açmayıb, bağını, evini, qızıllarını satıb. Hazırda ancaq bir evi qalıb”.
G. Şükürlü 10 ildir xərçənglə mübarizə apardığını deyib: “Türkiyədə və Moskvada mənə diaqnoz qoydular. İndi müalicəm burada aparılsa da, həkimlərim oradadır. İlk iki il ailəmdən gizlətdim. Hətta xəbəri olan rəfiqəmə deyirdim ki, desən, səni danışdırmayacağam. İstəmirdim efirdə deyim, düşünürdüm ki, şən mahnılar ifa edə bilmərəm. Kimyaterapiyanın biri 3 min manatdır”.