Medianews.az xəbər verir ki, ABŞ bütün qüvvələrini Ukraynada cəmləşdirmək üçün qoşunlarını Əfqanıstandan çıxarıb.
Bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arquments and Facts” nəşrinə müsahibəsində bildirib:
“Amerikalıların bu ölkədən qəfil getməsi, Kiyev marionet rejiminin hücum anti-Rusiya hərəkətlərinə hazırlaşdığı Ukraynaya diqqət yetirmələri ilə bağlıdır”.
O, həmçinin qeyd edib ki, Əfqanıstandakı Amerika ordusu terrorizmlə mübarizə aparmayıb, əksinə, çoxmilyonluq korrupsiya sxemləri yaradıb və narkotik istehsalını dəfələrlə artırıb.
Patruşev bildirib ki, bu məlumatı ABŞ-ın dövlət katibi Entoni Blinken də təsdiqləyib və bildirib ki, amerikalılar Əfqanıstanda qalsaydılar, indiki kimi Ukraynaya kömək edə bilməzdilər. Bundan əlavə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi hərbi texnikanın bir hissəsinin Avropaya ötürüldüyünü bildirib.
Mehin Mehmanqızı
Medianews.az