Medianews.az
Bakıda zəncirvari qəza zamanı avtomobil aşıb, xəsarət alanlar var - FOTO
53 baxış

Bakıda zəncirvari qəza zamanı avtomobil aşıb, xəsarət alanlar var - FOTO

Bakının Binəqədi rayonunda yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, “Toyota” markalı maşının sürücüsü metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Həmin istiqamətdə olan “Hyundai”, “Opel” və digər “Toyota” markalı maşınlarının sürücüləri sükana nəzarəti itirərək ardıcılıqla bir-birininə çırpılıblar. Nəticədə “Toyota” markalı maşında olan iki nəfər xəsarət alıb. Hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərilib. Yolda hərəkəti bərpa etmək üçün Yol Patrul Xidmətinin əməkdaşları əraziyə evakuator xidmətini çağırıblar. Maşınlar ərazidən götürülüb, hərəkət bərpa edilib. Hadisənin təffərüatları araşdırılır.

Bizə qoşulun