Medianews.az xarici KİV – ə istinadla xəbər verir ki, Prezident Ərdoğan bir müddətdir xərçənglə mübarizə aparan əfsanəvi futbolçu Peleyə başsağlığı verib.
Braziliyanın əfsanəvi futbolçusu Pele müalicə aldığı xəstəxanada 82 yaşında dünyasını dəyişib. Pelenin ölümündən sonra dünya futbol ictimaiyyətindən başsağlığı mesajları paylaşılıb.
Prezident Ərdoğan Tvitter hesabından paylaşım edərək belə qeyd edib:
“Dünya futbolunun ən böyük adlarından biri olan Pelenin vəfatından dərin kədərləndim. Onun əfsanəsi olduğu Braziliya xalqının bu böyük ağrısını ürəkdən paylaşır, ona başsağlığı veririk. Ailə, azarkeşlər və bütün idmançılar”. ifadələrdən istifadə etmişdir.
Mehin Mehmanqızı
Medianews.az