İngiltərədə sahibini itirən Rozinin adlı it çarəni polisə “müraciət” etməkdə tapıb.
Medianews.az xəbər verir ki, ağıllı it polis bölməsinə gedib və səlahiyyətlilərin sahibi ilə əlaqə saxlamasını gözləyib.
Rozinin həmin anları polis tərəfindən paylaşılıb.
Polis bölməsindən bildirilib ki, ən zəkalı it cinslərindən sayılan “Border Collie” cinsi Rozi adlı it sahibi ilə gəzərkən itib. Daha sonra polis bölməsinə sığınaraq bir küncdə oturan it sahibi ilə əlaqə saxlanılmasını gözləyib.
Medianews.az