Ölkədə dərmanla bağlı hələ də müxtəlif problemlər var. İşbazlar həkimlər və apteklərlə birləşərək, vətəndaşlara bahalı firma dərmanları satırlar. Bu barədə sosial şəbəkələrdə və mətbuatda xeyli şikayətlər, faktlar mövcuddur.
Medianews.az xəbər verir ki, həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov bu mövzu ilə bağlı sosial şəbəkədə dırnaqarası həkimləri ittiham edib:
“Bəzi həkimlərin reklamları, marketinqləri yaxşı olduğu üçün qapısında növbə var, amma yazdığı reseptə baxırdıqda boş bir şey olduğunu görürsən. Belə ki, bioloji aktivliyə malik qida əlavəsi, yeni çıxan dərman firmasının bir neçə dərmanı və sair. Bu camaat yazıqdır axı, ay həkimlik adına ləkə gətirənlər! Onsuz da əsas dərmanlara pulu zorla çatacaq, lazımsız biodobavkaları reseptə niyə əlavə edirsən? Guya tərkibi yaşıl çay ekstraktı, brokkoli ekstraktı olan mənasız qida əlavəsi hansı genekoloji problemi düzəldə bilər? Qutusu 37 manatdır, iki qutu yazılıb. Bu qiymətə neçə kilo brokoli almaq olar. Əgər sən həqiqətən də düşünürsən ki xəstənin problemi brokoli, yaşıl çay çatışmazlığıdır daha sənə sözüm yoxdur”.
Medianews.az