Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.
Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri görülüb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, atışma nəticəsində Ermənistan tərəfdən üç hərbi qulluqçu öldürülüb.
Hazırda sərhəddə vəziyyət sabitdir.
Xatırladaq ki, Ermənistan mediasında atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlar yayılıb. Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin məlumatlarının yalan olduğunu bəyan edib.