“Qiymət həddi tətbiqini dəstəkləyən ölkələrə neft satmayacağıq”.
Medianews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov G7-nin Rusiya neftinə qiymət həddi tətbiq edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən söyləyib.
“Qiymət həddi tətbiqini dəstəkləyən ölkələrə neft satmayacağıq. Bazar qaydalarına uyğun hərəkət edən ölkələrə neft göndərəcəyik” , – deyə o qeyd edib. Peskov həmçinin iddia edib ki, Rusiya neftinə qiymət həddi tətbiq edilərsə, bu qlobal neft bazarında ciddi qeyri-sabitliyə gətirib çıxaracaq.
Xatırladaq ki, G7-yə üzv ölkələrin maliyyə nazirləri bu gün Rusiya neftinə qiymət həddi tətbiq edilməs üçün toplantı keçirəcəklər.
Xanlar Əlibəy
Medianews.az