G7 ölkələri Rusiyanın neft ixracına qiymət həddi mexanizmini tətbiq edəcək.
Bu barədə Medianews.az “cnnturk”ə istinadən xəbər verir.
Yeni sanksiyanın əsas hədəfi Kremlin Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq və enerji qiymətlərinin yüksəlməsi fonunda istehlakçıları qorumaq məqsədi daşıyır. G-7 ölkələrini təmsil edən maliyyə nazirləri birgə bəyanatda bildiriblər ki, onlar Avropa İttifaqı üçün yekdilliklə razılığa gəliblər.
“Biz icranı Aİ-nin altıncı sanksiya paketindəki müvafiq tədbirlərin vaxt qrafiki ilə uyğunlaşdırmağı hədəfləyirik”, – bəyanatda bildiriblər.
Xanlar Əlibəy
Medianews.az