Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Telefon söhbətində Türkiyə və İranın xarici işlər nazirləri nüvə proqramını, İranda baş verən son su daşqınları, ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi, Yaxın Şərq, regional və beynəlxalq məsələləri müzakirə ediblər.