Rusiyanın XİN rəhbəri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin Bali adasında keçirilən konfransını vaxtından əvvəl tərk edəcək.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb. O, bildirib ki, “Lavrov hələ ikitərəfli danışıqlar aparır, sonra o media qarşısında çıxış edəcək və gedəcək”.
Xarici media yazır ki, bu açıqlama o deməkdir ki, Lavrov rəsmi naharda və günün ikinci yarısında nəzərdə tutulan iclaslarda iştirak etməyəcək.
Leyla, Medianews.az