Rusiyanın Ukraynaya hücumları davam edərkən, ABŞ G7 Liderlər Zirvə toplantısında əldə olunan razılaşmaya uyğun olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada Rusiyadan ABŞ-a qızıl idxalına qadağa qoyulduğu və Rusiya müdafiə sektorunda fəaliyyət göstərən 100-ə yaxın şəxs və quruma sanksiya tətbiq edildiyi açıqlanıb.
“Biz Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq əlavə sərt sanksiyaların tətbiqi üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə işləmək öhdəliyimizi bir daha təsdiqləyirik. Rusiyanın müdafiə sənayesini hədəfə almaq Putinin imkanlarını azaldacaq. “Aşağı əhval-ruhiyyə, pozulmuş tədarük zənciri və logistika uğursuzluqları onun Ukraynaya qarşı müharibəsinə daha da mane olacaq”, – deyə ABŞ Maliyyə Naziri Janet Yellen açıqlamasında bildirib.
Leyla, Medianews.az