Yunanıstanın Milli İctimai Səhiyyə Agentliyi koronavirusun yayılması ilə bağlı yeni məlumatları ictimaiyyətlə paylaşıb.
Medianews.az xəbər verir ki, verilən açıqlamada o, son vaxtlar koronovirusa yoluxan və reanimasiya şöbəsində müalicə olunan xəstələrin yarıdan çoxunun (təxminən 54 faizi) tam peyvənd olunduğunu açıqlayıb.
Edilən açıqlamada, bazar ertəsi günü 97 xəstənin intubasiya edildiyi, onlardan 46 faizinin peyvənd edilmədiyi və ya qismən peyvənd edildiyi ifadə edilib. Səlahiyyətlilər, xəstələrin 92 faizinin xroniki xəstəliyi olduğunu və ya 70 yaşdan yuxarı olduğunu da vurğulayıb
Bildirilib ki, tam peyvənd olunanlar iki doza peyvənd edilmiş hesab olunur, xatırlatma dozası olanların isə nisbəti açıqlanmır.
Leyla, Medianews.az