Həqiqət budur ki, hamımız bir gün qocalacağıq. Yaşlanmağı gecikdirmək, sağlam və gözəl yaşa çatmaq əslində bizdən asılı olan bir şeydir. Buna nail olmaq üçün bir neçə sübut edilmiş üsul var.
Medinews.az qocalmanı gecikdirən 3 təsirli vərdişi təqdim edir:
1) Detoks içkisi ilə qida dəyərlərinizi qoruyaraq, toksinləri çıxarmaq üçün bədəninizə dəstək ola bilərsiniz, beləliklə qaraciyər və digər orqanları dəstəkləyərək istirahət edə bilərsiniz. Heç kimə sirr deyil ki, müntəzəm olaraq detoks edənlər daha təmiz və parlaq dəriyə sahib olurlar. Siz də zamanla təsirini görəcəksiniz.
2) Yayda, xüsusən də aktiv şəhər həyatında fərqinə varmadan günəşin zərərli təsirlərinə məruz qala bilİrik. Günəşin UVA və UVB şüaları dəridə ləkələrə və qocalmağa səbəb olur. Dərinizi bu şüalardan qorumaqla, ləkələrin əmələ gəlməsinin və qocalma əlamətlərinin qarşısını ala bilərsiniz. Günəşdən qoruyucu məhsullardan istifadə bu risklərdən qaçmağa kömək edəcək.
3) Yaşlanmağı gecikdirməyin ən vacib üsullarından biri üz gərmə hərəkətləri etməkdir. Bu məşqləri internet vasitəsilə öyrənmək və tətbiq etmək çox asandır. Siz həmçinin üz yoga təlimi ala bilərsiniz. Müntəzəm olaraq idman etsəniz, qırışlarınız azalacaq və daha gənc görünəcəksiniz. Edilməsi çox asan olan bu məşqlər üçün ən vacib şey ardıcıl olmaqdır.
Leyla, Medinews.az