Çərşənbə axşamı, 5 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“İmtahanların artıq elektron variantda keçirilməsinə ehtiyac var”-Təhsil eksperti

XƏYALƏ
14/06/2022 16:39
A A
41
BAXIŞ
FacebookTwitterTelegram

Təhsil naziri Emin Əmrullayev “Abituriyent 12” jurnalının təqdimatı zamanı çıxışında deyib ki, kağız imtahanlardan kompüter imtahanlarına keçilə bilər. Hesab edirəm ki, biz buna hazırıq. Nazir bildirib ki, məktəblərdə kompüterlərin də sayı günü-gündən artır.


Bəs həqiqətdə necədir? Biz elektron imtahanlara keçə bilərikmi,  buna tam hazırıqmı?
Mövzu barədə Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda 1992-ci ildən ali təhsil müəssisələrinə qəbul imtahanları test vasitəsilə həyata keçirilir:

“Geridə qoyduğumuz 30 il ərzində testin müxtəlif formalarından istifadə edilib. Amma bütün imtahanlar əsasən kağız daşıyıcılar üzərində həyata keçirilib. Bu birmənalı şəkildə bizim imtahanları obyektiv təşkil etməyimiz üçün hesab olunurdu. Artıq dünyanın nüfuzlu universitetlərinə qəbul və imtahanlar elektron variantda həyata keçirilir. Azərbaycanda da belə bir təcrübə var”.
Ekspert bildirdi ki, Azərbaycanda ona görə test üsulu ilə kağız daşıyıcılar üzərində imtahan həyata keçirilir ki, imtahan iştirakçılarının sayı çoxdur:
“Yəni birdən-birə 50-60 min insan imtahanlarda iştirak edir. Bu qədər insanın elektron vasitələrlə kompüterlə imtahanlarda iştirakı üçün texniki avadanlıqlar yoxdur. Amma artıq dünyada bir sıra imtahanlar duelingo kimi imtahan bütün dünyada qəbul edilir. Yaxud da TOEFL imtahanları onlayn platformalarda həyata keçirmək təcrübəsi var. Təbii ki, bizdə bu təcrübə ali təhsil müəssisələrində semestr imtahanları və yaxud da sürücülük vəsiqəsi imtahanı, Təhsil Nazirliyinin müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu imtahanlarında sınaqdan keçirilib”.

Kamran Əsədov qeyd etdi ki, keçirilən imtahanlarda kifayət qədər kütləvilik var:
“Yəni Təhsil Nazirliyinin təkcə müəllimlərin işə qəbul imtahanında 1 imtahan ilində bir neçə gün ərzində 60 min insan iştirak edib. Sadəcə kağız daşıyıcılar üzərində imtahan etibarlılığına görə digərlərindən fərqlənir. Yəni burada imtahan iştirakçıları imtahanla bağlı qeydlərini aparırlar və sabah istənilən nəticə ilə bağlı günahlandırılanda onların sual kitabçaları özlərində olur. Suallarla bağlı apelyasiyaya şikayət edəndə əllərində yetəri qədər sübutları olur. Amma elektron resurslarda olanda bu bir az çətindir”.

Təhsil ekspertinin fikrincə, imtahanın kağızla keçirilməsi ekoloji problemdir:
“Bu gün kifayət qədər Azərbaycanda hakimliyə imtahanla qəbul belə elektron qaydada həyata keçirilir. Azərbaycanda proqram təminatı həyata keçirməklə tətbiq edilə bilər. Üz tanıma, face control proqramı ilə bu imtahanların keçirilməsi mümkündür. Bu xərcləri də azaldacaq. Dövlət imtahan mərkəzi kağız daşıyıcılar üzərində imtahan keçirir və bu imtahanlara hər dəfə kağız sərf olunur.Bu da ekoloji problemdir. Elektron resurslarla- kompüterlə keçirilənlər də isə mütəmadi bu qədər böyük həcmdə kağıza ehtiyac yoxdur”.

Kamran Əsədovun sözlərinə görə elektron imtahanlar cavabları daha çevik açıqlamağa imkan verir:
“Biz bilirik ki, elektron qaydada imtahan keçiriləndə kompüterdə həmin dəqiqə cavablar çıxa bilər. Orada hətta situasiya sualını yazmaq tələb olunsa belə avtomatik proqram o yazı materiallarını da yoxlaya biləcək. Dövlət İmtahan Mərkəzinin bir imtahanında 200 min insan iştirak edir və bizim ən azından 50 min kompüterimiz, böyük imtahan zalımız olmalıdır ki, onu həyata keçirmək mümkün olsun”.

Ekspertin sözlərinə görə, əgər imtahanı Dövlət İmtahan Mərkəzi keçirəcəksə, biz ona etibar edə bilərik:
“Digər qurumların bu tipli imtahanları o qədər də etibarlı ola bilməz. Mənə görə Dövlət İmtahan Mərkəzi Azərbaycanda istənilən tipli imtahanı keçirməyə qadirdir. Resurs, avadanlıq və təhlükəsizlik baxımından Dövlət İmtahan Mərkəzi bu imtahanları təşkil edə bilər. Nazir bu fikirdə haqlıdır ki, imtahanların artıq elektron variantda keçirilməsinə ehtiyac var. Bu da insanların kütləvi şəkildə kompüterdən işləmə bacarıqlarını və vərdişlərini artıracaq. Bunu müsbət qiymətləndirmək olar. Dünyada artıq bu qəbul edilmiş bir normadır”.

Zərif Ülvizadə
Medianews.az

Tags: elektron variantda keçirilən imtahanlarTəhsil eksperti Kamran ƏsədovTəhsil naziri Emin Əmrullayev

DAHA ÇOX OXU

Sosial

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb

05/07/2022
1-MANŞET

İstidə təzyiqi tarazlaşdırmağın yolları

05/07/2022
Cəmiyyət

Qəbələ Uşaq Reabilitasiya mərkəzində bir gün

05/07/2022
1-MANŞET

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, sudan istifadəyə məhdudiyyət qoyuldu

05/07/2022
1-MANŞET

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı – Video

05/07/2022
Cəmiyyət

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

05/07/2022
SON XƏBƏR

Koronaya yoluxanların sayı artdı

Türk mediası Azərbaycanın igid qadınından yazdı

Telefonunuzda bu proqramlar varsa, dərhal silin - Əks halda...

Xəbər lenti

Maraqlı iddia – “Covid-19” ABŞ-dakı laboratoriyadan sızıb?

2022/07/05 13:14

Ronaldo İspaniyaya qayıdır – Özü də bu kluba

2022/07/05 13:00

“Instagram”dan yenilik

2022/07/05 12:20

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb

2022/07/05 12:14

Aqşin Fateh botoks iddialarına cavab verdi – VİDEO

2022/07/05 12:07

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

2022/07/05 12:03

İstidə təzyiqi tarazlaşdırmağın yolları

2022/07/05 11:44

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

2022/07/05 11:30

Roza Zərgərli: “Hələ cavanam, elçilərim çoxdur” – VİDEO

2022/07/05 11:22

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

2022/07/05 11:11

Agentlikdə Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib

2022/07/05 11:07

NATO-dan İsveç və Finlandiya açıqlaması

2022/07/05 10:45

Qəbələ Uşaq Reabilitasiya mərkəzində bir gün

2022/07/05 10:41

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, sudan istifadəyə məhdudiyyət qoyuldu

2022/07/05 10:37

Meymun çiçəyi epidemiyası xəbərdarlığı

2022/07/05 10:21

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı – Video

2022/07/05 09:57

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən…”

2022/07/05 09:53

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

2022/07/05 09:42

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər, ölüm anında ağlaya-ağlaya etiraf etdi – Habil Əliyevdən 10 qeyri-adi fakt

2022/07/05 09:31

Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”

2022/07/05 09:27

“Al bu 50 mini, 1 ay ərzində mənim 150 minimi yığ, ver” – Aparıcıdan ŞOK AÇIQLAMA

2022/07/05 09:20

Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu

2022/07/05 09:08

Türkiyə saxlanılan Rusiya gəmisindəki taxılın mənşəyi ilə bağlı araşdırmaya başlayıb

2022/07/05 08:08

Böyük Andron Kollayderi yenidən işə salınacaq

2022/07/05 07:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.