İranda sərnişin qatarının relsdən çıxması fəlakətə səbəb olub.
Medianews.az xəbər verir ki, İRNA xəbər agentliyinin məlumatına görə, Yəzd şəhərinə gedən qatarın yola düşdüyü Tabas şəhərindən 50 km aralıda inşaat maşını ilə toqquşub.
İlkin məlumata görə, 13 nəfərin həyatını itirib, 60 sərnişinin isə ağır yaralanıb.
Hazırda axtarışlar davam edir.
Qeyd edək ki, qatarda 350 sərnişinin olduğu bildirilir.
Leyla, Medianews.az