Medianews.az
Sabahdan ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır
18 baxış

Sabahdan ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır

Sabahdan, mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır. Tətil mayın 5-dək davam edəcək. Tətildən sonrakı ilk dərs günü mayın 6-dadır. Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub. Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilmişdi. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi

Bizə qoşulun