30.04.2022, 17:58
111 baxış
TURAN
Ancelina Coli Ukraynada səfərdədir
Amerikalı aktrisa Ancelina Coli Ukraynanın Lvov şəhərində səfərdədir.
Bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, Hollivud ulduzunun Ukraynaya səfərinin məqsədi humanitar yardımdır. A.Coli BMT-nin qaçqınlarla iş üzrə həmkarları ilə birlikdə ukraynalılara yardım təşkil edir.