“Hindistan ştammı müəyyən dərəcədə təhlükəli ştamdır. Onun təhlükəli tərəfi və yeganə təsdiq olunmuş məqamı sadəcə yoluxma sürəti ilə bağlıdır”.

Medianews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov “ARB 24″də yayımlanan “Nə baş verir?” verilişində danışıb.

O əlavə edib ki, bu ştamm daha ölümcül deyil və ağır fəsadlaşmaya səbəb olması ilə bağlı heç bir yetərli dəlil və sübutlar yoxdur: “Sadəcə sürətlə yoluxur və biz ikinci dəfədir ki, bununla rastlaşırıq. İlk dəfə bu məqam Britaniya ştammı ilə bağlı idi. İndi isə Hindistan variantının Delta növü ilə bağlıdır.

Hazırda təsdiqlənmiş və tanınmış vaksinlərin hamısı Delta variantına qarşı qoruyuculuq qabiliyyətinə malikdir”.