Türkiyənin "Post Production" şirkəti tərəfindən ekranlaşdırılan "Tərk edilmiş" dram filminin rəsmi tizeri yayımlanıb. Filmin rejissoru Korhan Uğurdur.
Axşam.az-ın məlumatına görə, süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: "Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik".
Xatırladaq ki, baş rollarda azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev çəkiliblər. Bundan başqa, ekran işində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da iştirak ediblər. Filmlə bağlı Könül Nağıyeva bunları deyib:
"Ümid edirəm ki, film də treyler kimi bəyəniləcək. Bu layihəyə çox böyük ümidlərim var."
Qeyd edək ki, "Tərk edilmiş" filminin premyerası 2015-ci ilin mart ayına planlaşdırılır. Ekran işinin həm Türkiyədə, həm də Azərbaycanda təqdimatı keçiriləcək. Premyaradan sonra film Türkiyənin 140 kinoteatrında nümayiş olunacaq.
Mənbə: buro247.az
27.10.2014, 19:31
846
baxış
TURAN
Könül Nağıyevanın rol aldığı türk filminin ilk videosu